n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Məsləhətlər 16-01-2022, 15:00

Gələcək gələcək?

Gələcək gələcək?
Elə bir insan yoxdur ki , bir dəfə də olsa, həyat haqqında düşünməsin. Həyat haqqında düşünmək dedikdə, yalnız həyatın nə olduğu sualına cavab tapmağı nəzərdə tutmuram. Hər bir insan yaşadığı ömrü, həyatı daha rahat, xoşbəxt, mənalı yaşamağa çalışır. Lakin təəssüflər olsun ki, insanlar bu gün ilə deyil, gələcək ilə yaşayır. Hesab edirlər ki, bu gün gecə-gündüz yorulmadan, həyatın dadını çıxarmadan, özlərini bir çox məsələlərdə məhdudlaşdıraraq gələcəkdə yaşayacaqları mənalı həyatları üçün sərmayə edəcəklər. Bəs sizcə, bu doğurdan da belədir? Axı dünən də, bu gün də, sabah da edəcəyiniz hər bir şey, yaşadığınız hər bir əziyyətli, məhdudlaşdırılmış saatınız sizin həyatınızın bir parçasıdır. Bir saat sonra nə baş verəcəyini bilmədiyimiz halda niyə illər sonrası üçün bu gün özümüzə əzab veririk? Həyat seçimlərdən ibarətdir. Seçimlərimizi gəlin düzgün edək. Bu gün pul qazanmaq üçün sağlamlığımızı qurban verməyək, çünki sabah o pulu qazananda bu dəfə, əksinə, sağlamlığımızı geri qaytarmaq üçün pulları sərf edəcəyik. Məqsədlərinizə doğru gedən yolda istirahətinizə, özünüzə qayğıya, sevdiklərinizə, sağlamlığınıza və özünüz üçün önəmli hesab etdiyiniz məşğuliyyətlərinizə vaxt ayırmağı unutmayın. Həyatı mənalı edən də budur. İndi isə sizə həyatınızı daha maraqlı, produktiv və dolu – dolu keçirməyinizə səbəb olacaq bəzi fikirlər vermək istəyirəm:

1.Özünüzün maraq dairənizi formalaşdırın.

Nələri etməkdən zövq alırsınız? Hansı fəaliyyətlərlə məşğul olan zaman yaşadığınızı hiss edirsiniz? Onları müəyyənləşdirin və fəaliyyətə keçin.

2. Səyahət edin.

Bacardığınız qədər çox edin bunu. Yeni yerlər, bölgələr, ölkələr, insanlar, hadisələr görün. Ömrünüzü mənalı edin. Çoxdandır getmək istədiyiniz həmin yerə gedin. Bir dəfə buna başlasaz, hər dəfə bunu etmək istəyəcəksiz.

3. Mütaliə edin, daim araşdırmada olun. Araşdırdıqca, öyrəndikcə əvvəlcə özünüzün, sonra isə həyatınızın dəyişəcəyini müşahidə edəcəksiniz.

4. Dostlarınızla, sevdiklərinizlə bacardığınız qədər çox vaxt keçirin və onları nə qədər çox sevdiyinizi etiraf etməyi unutmayın. Çünki sonra gec ola bilər.

5. Yeni bacarıqlar formalaşdırın, yeni nələrsə öyrənməyə çalışın. Bu rəsm çəkmək, hər hansısa musiqi alətində ifa etmək, rəqs etmək, velosiped sürmək ola bilər. Əsas olan odur ki, siz bundan zövq alasız.

6. Bəzən tək qalın. Analiz edin. Həyatınızın necə getdiyini, nələrin dəyişdiyini, nələrin dəyişikliyə ehtiyacının olduğunu müəyyənləşdirin. Soruşun özünüzdən ki, özünü necə hiss edir?

7. Əvvəllər etmədiyiniz işlərlə məşğul olun. Məsuliyyət götürün.

8. Stressdən kənar qalın və baş verən heç bir mənfi hadisənin sizdə iz buraxmasına icazə verməyin. İnanın ki, bir neçə aydan, gündən sonra heç yadınıza da düşməyəcək.

9. Həyatınızı öz istədiyiniz kimi, öz istəkləriniz üzərində qurun. Başqasının pəncərəsindən dünyaya baxmağa çalışmayın. Ən gözəl mənzərə elə öz pəncərənizdən görünür.

10. Ən əsası isə sevməyi və gülümsəməyi heç vaxt unutmayın. Həyatınız o zaman çox gözəl olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
563 531 480 504 472 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.