ADMiN

ADMiN İslam Dini 21-04-2017, 18:58

İmam Hüseyn (ə)-ın qiyamının səbəbi

İmam Hüseyn (ə)-ın qiyamının səbəbi


Bismillahir-rəhmanir-rəhim

“(Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!” 

“Tovbə” surəsi, ayə 112.

İmam Hüseyn (ə)-ın inqilabında üç amil təsirli idi.

Biri beyətdən imtina etmək;

İkincisi Kufə camaatının dəvətini qəbul etmək;

Üçüncü və daha önəmlisi yaxşılığa çağırıb, pislikdən çəkindirmək.

Allah təala Qur’ani-kərimdə buyurur: “(Ey müsəlmanlar!) Gərək aranızda (insanları) yaxşılığa çağıran və əmr be mə’ruf və nəhy əz münkər edən bir dəstə camaat olsun! Həqiqətən bunlar nicat tapmış şəxslərdir.”
(Ali-İmran surəsi, ayə 104)
"Əgər bir şəxs əmr be mə’ruf və nəhy əz münkər edərsə, onda o, Allahın, Onun Rəsulunun (s.a.a.) və kitabının yer üzərində xəlifəsidir." 
(Məcməul-bəyan, 2-ci cild, səh. 807)
İmam Huseyn (a.s.) Mühəmməd Hənəfiyyəyə vəsiyyətində belə buyurdu: «Mən rahatçılıq, xoş gün keçirtmək, zülm və fəsad etmək məqsədilə qiyam etmirəm. Əksinə, yalnız və yalnız cəddimin ümmətini islah etmək və nicat vermək üçün qiyam edirəm. İstəyirəm əmr be mə’ruf və nəhy əz münkər edim, cəddimin və atamın getdiyi yol ilə gedim.»
(Bihar, 44-cü cild, səh. 329)
Ərbə’in ziyarətində Allaha xitab edərək oxuyuruq: (Pərvərdigara! İmam Huseyn (a.s.)) bəndələrini nadanlıq və azğınlıqdan nicat vermək üçün öz qanını sənin yolunda hədiyyə etdi.
(Məfatihu-l-cinan, Ərbə’in ziyarəti, səh. 468)
Allahın Rəsulu (s.a.a.) buyurub: «Həsən və Huseyn istər qiyam edələr, istərsə də etməyələr hər ikisi imamdır.»
(Bihar, cild 43, səh.29)
Həzrət İmam Huseyn (a.s.) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəmin (s.a.a.) dilindən bu xütbəni oxudu:
“Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbərin (s.a.a.) əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola də’vət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yə’ni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.)
(Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2)
İmam Baqir (a.s.) buyurmuşdur: Allah taala Şüeyb peyğəmbərə vəhy edərək buyurur: Sənin qövmündən yüz min nəfər adamı əzab edəcəyəm ki, onlardan qırx min nəfəri günah əhli, altımış min nəfəri isə yaxşı adamlardır.
Həzrət Şüeyb peyğəmbər (a.s.) təəccüblə dedi: Ey mənim Pərvərdigarım! “Günah əhli olan qırx min nəfəri əzab etmək istədiyini başa düşdüm, amma yaxşı adamları niyə?”
Allah taala ona vəhy edib buyurdu: Çünki onlar günah əhli ilə saziş və pis əməllərinin üstünü ört-basdır edirlər. Mən qəzəbləndiyim işlərə, onlar qəzəblənmir. 
(Azərəxşi digər əz asimane Kərbəla, səh. 103)
İmam Sadiq (a.s.) buyurub: Allah taala iki mələyə bir şəhəri alt-üst etməyi əmr edir. Mələklər həmin şəhərə çatdıqda gördülər ki, bir abid Allah taala ilə razu-niyaz edir. 
Mələklərdən biri digərinə dedi: Bu dua edən abidi görürsən?
O biri mələk dedi: Bəli görürəm, amma sən öz vəzifəni icra et (yə’ni şəhəri alt-üst et).
Əvvəlki mələk dedi: Mən Pərvərdigarıma müraciət etməyincə bir iş görən deyiləm. Sonra həmin mələk Allahın dərgahına qayıdaraq xitab etdi: Pərvərdigara! Mən şəhərə çatdıqda gördüm ki, filan bəndən sənə dua və razu-niyaz edir. Əmrinə əməl edək, yoxsa əmr dəyişib.
Allah taala buyurdu: Əmr öz qüvvəsindədir, gedin şəhəri viran edin. Çünki heç vaxt bu adamın üzünün rəngi mənə xatir bozarıb, qeyzlənib dəyişməyibdir. Yə’ni bu şəxs şəhər əhlinin günah etdiyini gördüyü halda, çöhrəsində e’tiraz əlaməti olaraq qəzəb, narazılıq görünməyibdir.
(Üsuli-kafi, cild 5, səh. 58, rəvayət 8)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
891 865 834 786 838 805

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.