aynure

aynure özünü 🤔 fikirli hiss edir. Maraqlı 1-02-2022, 22:00

Reyhanın bilmədiyimiz 9 faydası

Reyhanın bilmədiyimiz 9 faydası
Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərin də dərmanıdır.

Medonline.az medicina.az-a istinadən reyhanın yeyilməkdən başqa daha hansı işlərə yaraya biləcəyini açıqlayır:

1. Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır.

2. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait yaradır.

3. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə malikdir.

4. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə edilir.

5. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir.

6. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 1 x/q xırdalanmış reyhanı 1 st qaynar suya tökün və 5-10 dəqiqə qaynadın. 3 dəqiqə saxlayın. Gündə 4 dəfə yeməkdən əvvəl 4/1 st qəbul edin.

7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.

8. Hind farmaseftləri sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur.

9. Bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 421 403 413 421 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.