aynure

aynure özünü 🙁 darıxan hiss edir. Şeirlər 8-02-2022, 19:30

Ayrılmalıyıq

Ayrılmalıyıq
https://mail.take.az/uploads/boz_bezek.jpg
Saf bir məhəbbətdir mənim diləyim,
Yar məni sevməsə vurmaz ürəyim.
Sənsə naz edirsən sevmirsən məni,
Məni sevməyinçün söylə neyləyim…?

Hər şeyim sənindi söylədim sənə,
Səndən istədiyim saf sevgi oldu.
Arzumu, diləyimi vermədin mənə,
Məni sevməyinçün söylə neyləyim…?

Mən səni özümə sirdaş bilmişəm,
Hər nə edirsən et qəbul etmişəm.
Məni sevmədiyini çox gec bilmişəm,
Məni sevməyinçün söylə neyləyim…?

Deyirəm qoy hamı eşitsin bunu,
Sevməsən qırılar sevginin qolu.
Yaman əzablıdır sevginin yolu,
Məni sevməsiyçün deyin neyləyim…?

Vaxt vardı, sevirdim səni, bax indi,
O saf məhəbbətə hayıfım gəlir!
Mən səni ucaltdım fövqümə eşqlə,
Çəkdiyim zəhmətə hayıfım gəlir!

Vaxt vardı, ağlıma hakimdi hisslər,
Gözümdə Günəşə, Aya dönübsən!
Sanırdım bir mələk donuna girib
Təkcə mənim üçün göydən enibsən!

Tapdadın o ülvi hisslərimi sən,
Çirkin əməllərin, bəd rəftarınla!
Kobud, saya salmaz dar mənliyinlə
Gözümə təpdiyin qohumlarınla!

İndi hisslərimə hakimdi ağlım,
Gözümə, könlümə düşmən kimisən.
Məni, mənliyimi didib tökməyə
Paslı qılınc olub öndə bitmisən!

Könlümün başında nifrət odu var,
Sənə nifrətimə hayıfım gəlir!
Əlimi biryolluq üzümmü səndən?
Kişi qeyrətimə hayıfım gəlir!
Yadındamı görüşə çağırdım səni,
Qəmli baxışlarla yandırdın məni,
Dedim söylə görüm nədir səbəbi
Son sözün bu oldu: Ayrılmalıyıq!

Kaş eşitməyəydim mən bu sözləri,
Kaş görməyəydim qəmli gözləri.
Dedim: Kim ayırır axı bizləri?
Son sözün bu oldu: Ayrılmalıyıq!

Ayrılmaq çətindir səndən, sevgilim,
O gözəl gözlərdən necə əl çəkim.
“Sonuncu görüşdü fikirləş” dedim
Son sözün bu oldu: Ayrılmalıyıq!

Ayrıldıq səninlə biz həmişəlik,
Sənə bir arzum var, o da xoşbəxtlik.
Arzum budur geyinəsən gəlinlik.
Son sözün bu oldu: Ayrılmalıyıq…
https://mail.take.az/uploads/boz_bezek.jpg

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
613 576 574 484 524 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.