n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Maraqlı 10-02-2022, 15:30

Qaşların Kamandır ...

Qaşların Kamandır ...
İnsanın qaşları belə onun xarakterindən danışa bilir. Alimlər apardığı tədqiqatlardan sonra belə qənaətə gəlib. Qaşların quruluşuna uyğun xasiyyət formalarını təqdim edir:

Bir-birindən aralı qaşlar – Rahatlığınıza xüsusi önəm verirsiniz. Güclü xəyal qurmaq qabiliyyətiniz var. Müstəqil olmağı sevirsiniz. Azadlığınızı əlinizdən alacaq hər şeydən uzaqlaşırsınız.

Bir-birinə yaxın qaşlar – Həssas birisiniz. Çox qısqancsınız.

Uzun qaşlar – Həyatı doyunca yaşamağı xoşlayırsınız. Nəyi nə vaxt edəcəyinizi bilirsiniz. Heç bir işi yarımçıq görmürsünüz. Monoton həyat tərzi sizə görə deyil. Səbrlə işlərinizi yoluna qoymağı bacarırsınız.

Qısa qaşlar – Aktiv həyat tərzi keçirirsiniz. Cəsarətli və ələ düşən fürsəti dəyərləndirməyi bacaran birisiniz. Hər hansı bir məsələdə uzun-uzadı beyninizi yormursunuz. Hər mühitə asanlıqla uyğunlaşma qabiliyyətiniz var.

Yayşəkilli qaşlar – özünüzü o qədər də asanlıqla ifadə edə bilmirsiniz. Qarşınızdakı insan sizi başa düşməkdə çətinlik çəkir. Müstəqil və nəzarət edilə bilməyən bir xarakterə sahibsiniz.

Yuxarıya doğru qalxan qaşlar – Əyləncəni sevən və şən birisiniz. Həyatda görə biləcəyiniz bütün işləri yerinə yetirmək istəyirsiniz. İstədiyim hər şey olsun, bacarmadığım iş qalmasın deyirsiniz.

Aşağıya doğru olan qaşlar – Özünüzə inamınız zəifdir. Asanlıqla xoşbəxt olmursunuz. Görmək istədiyiniz işi yerinə yetirə bilməyəndə daha da əhvalınızı korlayır və özünüzü məğlub olmuş hiss edirsiniz.

Yuvarlaqşəkilli qaşlar – Həssas birisiniz. Hər hansı pis və ya yaxşı işin altından həmişə güclü şəkildə çıxırsınız. Bu isə sizə əzmkar görkəmi verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 525 415 401 453 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.