DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Maraqlı 19-02-2022, 09:46

Tarixdə Bu Gün - 19 Fevral

Tarixdə Bu Gün - 19 Fevral
Əhəmiyyətli hadisələr
Dünyada olan hadisələr
1800 - Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.
1861- İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Rusiya kəndliləri ilk dəfə olaraq sərbəstlik əldə ediblər.
1915 - Türkiyədə, Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçmişdir.
1954 - Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.
1959 - Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.
2004 — Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.

Doğumlar
1473 — Nikolay Kopernik, polyak astronom, riyaziyyatçı və iqtisadçısı.
1859 — Svante Arrenius, məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı.
1896 — Andre Breton, Fransa yazıçısı.
1940 — Saparmurat Niyazov, 1991-2006-cı illərdə Türkmənistan prezidenti.
1978 — Immortal Technique, Peru) Peru və Puerto Riko əsilli politik aktivist və hip-hop ifaçısı.
1959 — Anatoli Demyanenko - ukraynalı futbolçu və məşqçi

Ölümlər
1605 — Orasio Vekki italyan bəstəkarı.
1938 — Əli Səbri, Rusiya yazıçısı.
1951 — Andre Jid, fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947).
1952 — Knut Hamsun, Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920).
1984 — Yuri Andropov, SSRİ-nin görkəmli dövlət və partiya xadimi.
1993 — Yusif Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı.
1993 — Vəzir Sədiyev, Azərbaycanın Milli Qəhrəmanı.
1997 — Den Syaopin – Çin Kommunist Partiyası Hərbi Şurasının sədri

Bayramlar və xüsusi günlər
Türkmənistan — Bayraq Günü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 427 432 399 418 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.