ADMiN

ADMiN Sağlamlıq 27-05-2017, 22:57

Arıqlamaq üçün oruc tutmağın FƏSADLARI

Arıqlamaq üçün oruc tutmağın FƏSADLARI


Ramazan arıqlamaq və ya kökəlmək üçün ay deyil. Tam əksinə ruhumuzu və vücudumuzu tərbiyələndirmək, ağlımıza, bədənimizə diqqət göstərmək ayıdır.
Önümüzdə bu fürsəti dəyərləndirmək üçün hələ 4 həftəmiz var.

Loading.Az xəbər verir ki, bu günlərdə oruc tutmaq adı ilə “pəhriz” saxlayaraq arıqlamaq istəyənlərin sayı çoxdur. Onlar bilməlidir ki, orucluqda arıqlamaq istəyənlər müxtəlif sağlamlıq problemləri ilə üzləşə bilərlər. Buna səbəb yanlış qidalanma ola bilər. Yəni bütün gün hətta imsaka belə qalxmayanalar iftarda aşırı qida qəbulu zamanı əksinə kökəlmək riskini artıra bilərlər. Hətta onlarda şəkərin və təzyqiyin yüksəlməsi müşahidə oluna bilər.
Əksinə, imsakda oyanıb, proteinli qidaların bol olduğu yemək süfrəsi arxasına keçmək lazımdır. Bu da sizə gün ərzində tox tutacaq. İmsaka oyanmadıqda və iftar vaxtı mədəni yeməklə doldurduqda, həzm problemləri ilə yanaşı, ciddi mədə xəstəlikləri ilə rastlaşmaq mümkündür. Çünki gün ərzində boş olan mədə qida ilə həddindən artıq doldurulduqda funksiya tarazlığını pozur. Bu zaman da mədədə qastrit və ya deşik yarana bilir. Həm də üstəlik, gecə yağlı qidalar qəbul edən zaman qaraciyərə də ciddi ziyan vurulur.
Ramazan ayında fiziki aktivlik də önəmlidir. Yəni iftardan sonra tox qarına uzanmaq və ya televizora baxmaq, ya da kompyüter arxasına keçmək əvəzinə yarım saat təmiz havada yürüyüş etmək daha xeyirlidir.
Allah orucunuzu qəbul etsin!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
646 593 571 617 560 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.