DeliBirHatun

DeliBirHatun özünü 🙁 darıxan hiss edir. Məşhurlar 20-02-2022, 23:45

Bred Pitt rusiyalı oliqarxa görə Ancelina Colini məhkəməyə verəcək

Bred Pitt rusiyalı oliqarxa görə Ancelina Colini məhkəməyə verəcək
Bred Pitt və Ancelina Coli çoxdan boşansalar da, hələ də bir-birinə qarşı iddialarla çıxış etməkdədirlər. 

LoaDing.Az-ın xəbərinə görə, bu dəfə keçmiş həyat yoldaşları ortaq biznesə görə məhkəmədə çəkişəcəklər.

Pitt keçmiş arvadını onlara məxsus olan Fransanın “Chateau Miraval” şərab zavodunu gizli şəkildə satmaqda ittiham edib. Zavodu alan isə “Forbes”in siyahısında olan rusiyalı iş adamı Yuri Şefleudur.

Aktyorun qeyd etdiyinə görə, Coli heç vaxt əmlakın bir hissəsinin satışına razılıq istəməyib və alqı-satqı şərtlərini ondan qəsdən gizlədib. Bred Pitt məhkəmə yolu ilə sövdələşməni ləğv etmək və keçmiş həyat yoldaşını dəymiş ziyanı ödəməyə məcbur etmək istəyir.

Xatırladaq ki, 2011-ci ildə Hollivud aktyorları Provansda mülk və üzüm bağı plantasiyası alıblar. Coli və Pitt Chateau Miraval şərab zavodunu açıblar. Yeri gəlmişkən, aktyorlar bir dəfə bu mülkdə toy mərasimi də təşkil ediblər.

Ancelina Colinin özünün daha əvvəl izah etdiyi kimi, Bred Pittdən boşanma səbəbi onların təyyarədə mübahisə etməsi olub. Bu zaman sərxoş Pittin böyük oğlu Meddoksu vurduğu da iddia edilib.

Keçmiş ər-arvadın altı övladı var: oğlu Paks, qızları Zahara, Şilo, əkizləri Vivyen və Noks və yetkinlik yaşına çatmış oğlu Meddoks.
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 481 529 508 505 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.