Kır_papatyası

Kır_papatyası Mətbəx 15-03-2022, 12:05

Dondurulmuş qidaların faydaları

Dondurulmuş qidaların faydaları
Mütəxəssislərin rəyinə əsasən dondurma prosesində qidaların iy, dad və ya qida dəyərində heç bir dəyişiklik olmadığına görə qidaları saxlamaq üçün ən yaxşı üsullardan biri dondurmaq hesab olunur. Qidaları sürətlə dondurmağa imkan verən texnologiyalar (şoklama texnologiyaları) sayəsində onların ləzzətini də ilk günkü kimi qoruyub saxlamaq mümkündür. Çünki qidaların dondurulma sürəti onların dadına birbaşa təsir edir. Qida donduqda, daxilindəki və xaricindəki rütubət buz kristalları əmələ gətirir. Qida nə qədər yavaş donursa, buz kristalları bir o qədər böyük olur. Buz kristalları qidanın quruluşuna və beləliklə, onun dadına böyük zərər vurur.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dondurulmuş qidaların müsbət cəhətləri: – Təbii halda qorunduqları üçün daha faydalıdır. – Lazımi şərtlər yerinə yetirildikdə uzun müddət saxlamaq mümkündür. – Yuyulub, təmizlənmiş halda olduğu üçün istifadə edərkən çox vaxt sərf edilmir. Dondurulmuş qida qurupunda ən böyük nisbəti meyvə və tərəvəzlər tutsa da, ən tez xarab olan da bu qurupdakı qidalardır. Səbəbi isə, tərkiblərindəki su miqdarıdır. Meyvə və tərəvəzlərin tərkibində olan su lazımi şərtlər yerinə yetirilmədən dondurulduğu zaman mikroorqanizmlərin yuvası olub, qidaların xarab olmasına səbəb olur. Dondurulmuş qidalar arasında ən çox istifadə edilən kartofdur. Belə ki, dondurulmuş kartof istifadəsi dondurulmuş meyvə-tərəvəz istifadəsindən daha çoxdur. Xüsusilə, qızartmaq üçün hazır halda dondurulan kartoflar olduqca çox istifadə olunur. Meyvə və tərəvəzlərdən başqa, un məhsulları və dəniz məhsulları da dondurularaq saxlanılan qidalar arasındadır. Ət isə dondurucuda gözəl şəkildə donur və protein, minerallar və A və D vitaminləri də daxil olmaqla qidalı maddələri tərkibində saxlayır. Xəmir və yarı-bişmiş çörəyi asanlıqla dondurmaq olar, lakin onları sobaya qoymazdan əvvəl otaq temperaturunda donlarının açılmasını gözləyin. Bunun üçün onları 3 saat otaq temperaturunda saxlayın və dondurucudan çıxmış çörək təzə çörəkdən fərqlənməyəcək. Dondurma prosesi qidanın faydalı tərkibində ən az itkiyə səbəb olan qida emal üsuludur. Burada düzgün texnologiya və etibarlı marka çox vacibdir. Bu sahədəki 40 illik təcrübəsi ilə Superfresh markası bir etibar nümunəsidir. 400’ə yaxın məhsul növünə sahib olan Superfresh markasında istehsalın hər addımında (xammalın seçimindən marketə çatdırılana qədər) beynəlxalq standardlara titizliklə riayət edilir. BRC (British Retail Consortium), ISO 22000 və ISO 9001 keyfiyyət standartlarını almış və AIB (American Institute of Baking) tərəfindən aparılmış bütün yoxlamalardan nüvəffəqiyyətlə keçmişdir.

Qidaları ikinci dəfə dondurmaq olarmı? Dondurulmuş qida əridikdən sonra istifadə edilməlidir, yenidən dondurulması tövsiyyə edilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
461 475 402 457 456 409

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.