VüsaL__2006

VüsaL__2006 Avto Dünya 17-03-2022, 16:30

Ən çox satan avtomobillər-Top-10

Ən çox satan avtomobillər-Top-10
Top-10

Hər gün yolda yüzlərlə avtomobillə qarşılaşırıq ancaq onlardan bəziləri var ki, dünya üzrə çox məşhur olmaqla, Ən çox satılan avtomobil siyahısında qərarlaşıblar. Gəlin onlarla daha yaxın tanış olaq.

10. Chevrolet İmpala: 1957-ci ildən bu yana istehsal edilən, Chevrolet İmpala indiyə qədər 14 milyon ədəd satış həyata keçirib.

9. Volkswagen Passat: 1973-cü ildən istehsal edilən Volkswagen Passat bu günə kimi 15.5 milyondan çox avtomobil satışı reallaşdırıb.

8. Ford model T ford: ilk istehsal edildiyi 1908-ci ildən 1930-cu ilə kimi 16.5 milyonun üstündə satmışdır.

7. Honda Accord: Bu günə qədər 8 nəsil istehsal edilən Honda Accord 17.5 milyon satışa imza atmışdır.

6. Honda Civic: 1973-cü ildə avtomobil bazarlarına doğru yol alan Civic ABŞ-da ən çox satılan avtomobil modellərindən biridir. Bu günə qədər ABŞ-da 7 milyondan çox, Dünya üzrə isə 19 milyona yaxın satış həyata keçirmişdi.

5. Ford Escord: Avropada 1968-ci ildən, 2000-ci ilə qədər istehsal edilən avtomobil ən çox satılan modellər sırasındadır. Ford Escord indiyə kimi 20 milyondan çox satmışdır.

4. Volkswagen Bettle: 2003-cü ilə qədər istehsal edilən orijinal versiyası 21 milyondan çox satılmışdır. 1997-2011 ilində yeni Bettle olaraq istifadə edilən, A5 modeli 2012-ci ildə yenidən dizayn edilərək, avtomobil bazarlarına çıxarıldı.

3. Volkswagen Golf: 1976-cı ildən bu yana istehsal edilən Golf 2013-cü ildə "İlin avtomobili" adını almışdır. Golf 2014-cü ilə qədər 28 milyona yaxın satışa imza atmışdır.

2. Ford F seriyası: Dünyanın ən çox satan furqonu olan Ford F seriyası bu günə qədər 35 milyondan çox avtomobil satmışdır. 1948-ci ildən istehsal edilən Ford F seriyasının ən çox satılan modeli isə F -150-dir.

1. Toyoto Corollo: Nəhayət gəldik siyahımızın qalibinə.Toyoto Corollo Dünyada ən çox satılan avtomobildir. Bazara çıxarıldığı müddətdən bu günə qədər 40 milyon avtomobil sataraq, "Ən çox satan" avtomobil adını almış modeldir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 576 515 570 536 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.