n2006

n2006 Mətbəx 19-03-2022, 14:00

Azərbaycanın Milli Şirniyyatı-Şəkər Çörəyi

Azərbaycanın Milli Şirniyyatı-Şəkər Çörəyi
Azərbaycanın milli şirniyyat növlərindən biri də şəkər çörəyidir. LoaDinG.Az çox kövrək və ağızda ovulan şəkər çörəyinin reseptini təqdim edir.

Tərkibi:

1,300 qr un
500 qr ərinmiş kərə yağı
250 qr ərinməmiş kərə yağı
250 qr şəkər kirşanı
1 ədəd yumurta
2 paket vanil
2 paket qabartma tozu
17 ml su
1 çimdik duz
Üzəri üçün:

1 ədəd yumurtanın sarısı
Hazırlanma qaydası:

Bir qabda soyuq ərinmiş kərə yağının şəkər tozuyla ağaranadək mikserlə çırpın. Üzərinə ərinməmiş kərə yağı və şəkər kirşanını əlavə edib çırpmağa davam edin. Vanil, duz, su və yumurtanı əlavə edib qarışdırın. Ələnmiş un və qabartma tozunu da əlavə edib xəmir yoğurun. Xəmirdən hər biri 75 qr olan kündələr hazırlayın. Bu kündələrə konusvari forma verin. Kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Konusvari kündənin üst hissəsindən barmaqla yüngülcə basın. Kündələrin üst hissəsinə fırçayla yumurta sarısı (azca çırpılmış )çəkin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
395 391 406 401 376 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.