n2006

n2006 Mətbəx 21-03-2022, 19:00

Yalnız 4 Məhsulla Bişməyən Dadlı Tort

Yalnız 4 Məhsulla Bişməyən Dadlı Tort
Şirniyyat həvəskarları üçün tortun bişmədən əla variantını təklif edirik. Xəmir qarışdırmağa, biskvit bişirməyə vaxtı olmayanlar üçün idealdır. LoaDinG.Az ailəvi çay içmək və hətta bayram süfrəsi üçün mükəmməl desertin reseptini təqdim edir.

Tərkibi:
500 qr şokoladlı pryanik
600 qr xama
3 ədəd banan
75 qr şəkər tozu
Hazırlanma qaydası:
Bir qabda xama və şəkər tozunu mikserlə və ya tel çırpıcıyla yaxşıca qarışdırın. Dərin bir qaba və keks qəlibinə streç salafan sərin. Pryanikləri iki hissəyə ayırın. Doğradığınız pryaniklərinin bir hissəsini streç salafan sərilmiş qaba yerləşdirin. Üzərinə xamalı krem tökün. Bananın qabığını soyub halqa formasında dilimləyin. Doğranmış banan dilimlərini bir qat kremin üzərindən düzün. Daha sonra pryaniklər və xamalı krem yaxın. Bu qaydayla məhsullar bitənə qədər üst-üstə düzün. Üzərini streç salafanla örtüb yüngülcə basın. Tortu 6 saatlıq soyuducuya yerləşdirin. Hazır tortu saatın tamamında soyuducudan götürün. Ehtiyyatla qəlibdən çıxarıb boşqaba yerləşdirin. Streç salafanı da çıxarıb tortun üzərini əzilmiş peçenye və ya əridilmiş şokoladla bəzəyin. Bananlı pryanikli mükəmməl tort hazırdır!



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
514 541 521 477 438 457

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.