aynure

aynure Mətbəx 22-03-2022, 08:00

Çayın Yanına Ətirli Naringili Peçenye

Çayın Yanına Ətirli Naringili Peçenye
Sadə məhsullarla tez bir zamanda çox ətirli və dadlı naringili peçenyelər hazırlaya bilərsiniz. Bu dadlı peçenyeni çay, süd və ya meyvə suyunun yanında süfrəyə verə bilərsiniz. LoaDinG.Az naringili peçenyenin reseptini təqdim edir.

Tərkibi:

105 qr un
100 qr şəkər kirşanı
30 qr yumşaq kərə yağı
0,5 çay qaşığı qabartma tozu
0,5 çay qaşığı vanil
1 ədəd yumurta
2 çay qaşığı rəndələnmiş naringi qabığı
2 qr qida boyası
Hazırlanma qaydası:

Bir qabda un, şəkər kirşanı, qabartma tozu, vanil, naringi qabığı rəndəsi və narıncı rəng qida boyası əlavə edib qarışdırın. Üzərinə doğranmış, otaq temperaturunda yumşaldılmış kərə yağını əlavə edib ovuntu halına gətirin. Bir ədəd yumurta əlavə edib qarışdırmağa davam edin. Yapışqan xəmir olacaq. Hazır xəmiri streç salafana büküb 1 saatlıq soyuducuya yerləşdirin. Xəmiri soyuducudan çıxarıb 15-20 qr-lıq top formasında kündələr hazırlayın. Hazır kündələri şəkər kirşanına bulayıb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 441 383 411 437 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.