n2006

n2006 Mətbəx 23-03-2022, 07:00

Çay Süfrəsinə Yaraşan Güllü Peçenye

Çay Süfrəsinə Yaraşan Güllü Peçenye
Bu həm görüntüsü, həm də dadı ilə çay süfrəsinin ən fərqli resetlərindən biri olacaq. LoaDinG.Az güllü peçenyenin reseptini təqdim edir.

Tərkibi:

200 qr kərə yağı
1 stəkan duru yağ
1 ədəd yumurta
1 stəkan şəkər kirşanı
1 stəkan nişasta
3,5 -4 stəkan un
1/2 paket qabartma tozu
2 paket vanil
Üzəri üçün:

150 qr əridilmiş ağ şokolad
1 çay qaşığı yaşıl fıstıq ləpəsi
1 çimdik yeyilən qurudulmuş gül ləçəyi
Hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını, bitki yağı və yumurtanı qarışdırın. Üzərinə şəkər kirşanı, vanil, qabartma tozu və nişastanı da əlavə edib yaxşıca qarışdırın. Unu da hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri dəzgahın üzərində 1,5 sm qalınlığında yayıb xüsusi peçenye qəlibiylə və ya stəkanla formalar kəsin. Yağlı kağız sərdiyiniz soba sinisinə aralıqlarla düzüb orta hissəsini şüşə butulka qapağıyla ayırıb çıxarın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada yüngül qızarana qədər bişirin. Soyuyan peçenyelərin üzərinə əridilmiş ağ şokolad yaxıb gül qurusu və yaşıl fıstıq ləpəsiylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
604 521 513 486 467 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.