Azer2

Azer2 Maraqlı 24-03-2022, 10:54

Azərə böyrək köçürüldü: donoru anasıdır

Azərə böyrək köçürüldü: donoru anasıdır
Ancaq yaxın dostlarım bilirdi ki, mən böyrək çatızmazlığından əziyyət çəkirdim. Ötən il xəstəlik daha da kəskinləşdi və mənə böyrək köçürmə əməliyyatı etdilər.

Loading.az xəbər verir ki, bu sözləri aktyor Azər Baxşəliyev Xəzər TV-yə açıqlamasında deyib. O, ötən il keçirdiyi ağır əməliyyatdan bəhs edib:

"Donor qismində isə öz böyrəyinin birini mənə anam verdi. Mənə elə gəlir ki, bu, bir ananın övladı üçün canından belə keçməyə hazır olmağının bariz nümunəsidir. Kimsə anası haqda danışanda deyir, "məni dünyaya gətirən anam". Mənim anam isə ikinci dəfə məni dünyaya gətirdi".

Qeyd edək ki, Azər tamaşaçılara "Bozbaş pikçers"dəki Ağsaqqal obrazı ilə tanınır. Aktyorun əməliyyatı İranda olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 367 380 307 341 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.