Angel Girl

Angel Girl İslam Dini 9-01-2016, 13:37

Zəkat

Zəkat


O verdiyin zəkat sənin üçün gözətçidir. O qıldığın namaz da zəkatının çobanıdır. Qızılın çoxalıb-artması zəkatda, çirkinliklərin qurtuluşu da namazdadır. Malının zəkatını ver ki, bağban da üzüm tənəyinin artıqlarını kəsdiyi zaman daha çox üzüm götürür. Sən ehsan və zəkat verdikcə o biri tərəfdə( Cənnətdə ) bir xurma ağacı olur. Verməklə mal görünüşdə tələf olur, əldən çıxırsa da, verənin qəlbində onun müqabilində yüz cür həyat meydana gəlir. Bir gülün müqabilində gül bağçası satın almaq dərəcəsində olan alış-verişi kim tapar? Allahbir dən qarşılığında yüzlərcə meşə, bir toxum əvəzində də yüzlərcə mədən ehsan edər.Allah eşqi üçün! Tez sat və satın al!Bir damla ver, inci dolu bir dərya əldə et! Mal və qızıl sənin ruhuna yoldaş ola bilməz. Qızılı ver və yaxşı görmək üçün gözünə bir sürmə satın al! Qurtuluş padşahıHəzrəti Muhəmməd ( səlləllahu əleyhi və alihi vəsəlləm ) buyurmuşdur.Sədəqə verməklə mal əsla azalmaz. Xeyir və yaxşılıqlar həqiqətdəAllaha gözəl bir bağlantıdır.Sənin qızılın və ipəyin fəqir sayəsindədir. Ey görünüşdə zəngin və mənada fəqir olan şəxs! Mənəvi zəngin olan fəqirə zəkat ver! Fəqirlərin səsini dinlə və ehtiyaclarını anla ki, hiyləgər olan şeytan və nəfsin səsi qulağına getməsin.Həzrəti Peyğəmbər ( səlləllahu əleyhi və alihi vəsəlləm ) " Sədəqə bəlanın qovulmasına səbəbdir " buyurmuşdur.Bu cömərdlik Cənnət xidmətinin bir budağıdır. Vay bu budağı buraxanın halına! Ey doğru yolu tutan şəxs! Cömərdlik budağı səni çəkərək yüksəklərə, kökünün olduğu yerə, yəni Cənnətə aparar. Allah rizası üçün çörək versən, sənə də çörək verərlər. Əgər çinarın yarpaqları qişda tökülərsə,Allah ona yarpaqsız yaşamaq haqqını ehsan edər.


Zəkat

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
953 948 798 893 925 901

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.