Gündəlik problemlər üzərində həddindən artıq düşünməyin qarşısını necə ala bilərik?
Həddindən artıq düşünmək fərqinə varmasaq belə bir çox hallarda psixoloji problemlərə gətirib çıxara bilir.
Bir məsələ üzərində həddindən artıq düşünməyin qarşısını necə ala bilərik?
“Gün ərzində neçə saat düşünürsünüz?” deyə soruşulduqda cavabımız çox zaman “bu barədə heç düşünməmişəm” olur. Yəni gün ərzində davamlı düşünməyimizə rəğmən heç nə qədər düşündüyümüz barədə fikirləşmək ağlımızdan belə keçmir. Bu məsələ əslində bir az bağlılıq yaradır.

Həddindən artıq düşünmək fərqinə varmasaq belə bir çox hallarda psixoloji problemlərə gətirib çıxara bilir. Mental sağlamlığımıza ziyan vura biləcəyi kimi eyni zamanda yuxusuzluğa və çıxılmaz vəziyyətə düşməyimizə şərait yarada bilər. Yemək yediyimiz və ya işlədiyimiz zaman həddi aşdıqda bunu hiss edib beynimizə, özümüzə istirahət verdiyimiz halda çox düşündüyümüzün fərqinə vara bilmirik.

Nə haqda düşündüyümüz isə həyatımıza təsir edən ən önəmli amillərdən biridir. Bizi formalaşdıran düşündüklərimizdir, düşüncə gücümüzü hansı istiqamətə yönləndirdiyimizdir. Keçmiş və gələcək barədə narahat olduğumuz məqamlar barədə hər gün düşünmək bizə ziyandan başqa bir şey vermir.
Gün ərzində 16-17 saat düşünməkdənsə, bizə bəxş olunan bu əvəzsiz gücdən yeri gəldikcə istifadə etmək onu daha uğurla idarə etmək imkanı yaradır bizim üçün. Bəs bunun üçün nə edə bilərik?

İlk olaraq həddindən artıq düşünməyin bizi hədəflərimizə yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırdığını anlamalıyıq. Düşüncələrimizi müşahidə etməliyik. Düşünməyə başladığımız zaman düşüncələrimizi təqib etməkdənsə, nə zaman başladığımızı və nə düşündüyümüzü nəzərə almaq daha önəmlidir.

Film izləyərkən, musiqi dinləyərkən, dostlarımızla söhbət edərkən həmin anda qalıb, anı yaşamalıyıq. Gələcək barədə narahatlığımızın, sabah etməyi planlaşdırdığımız işlərin, keçmişdə etdiyimiz səhvlərin bizi həmin andan uzaqlaşdırmağına imkan verməməliyik. Yaşadığımız anın dadını çıxarmalıyıq.