n2006

n2006 Maraqlı 29-03-2022, 12:00

Kitab Oxumağın Faydaları

Kitab Oxumağın Faydaları
1. Yaddaşı gücləndirir: Belə ki, biz kitab oxuyarkən oradakı hadisələri, insanları, onların hisslərini, məqsədlərini, həmçinin müxtəlif hekayələri yadımızda saxlayırıq. Hər dəfə kitab oxuduqda isə yadımızda saxlayacağımız məlumatlar daha da artır və bu da yaddaşımızın güclənməsinə şərait yaradır.



2. Diqqət və konsentrasiyanı artırır: Müasir dövrdə eyni anda müxtəlif texnoloji alətlərin istifadəsi bir mövzuya tam diqqət etməyimizə maneə törədir. Bundan fərqli olaraq biz kitab oxuduqda yalnız kitabdakı hekayəyə diqqət yetiririk ki, bu da diqqətsizlik problemi çəkən insanlar üçün faydalı olur. Hər gün işdən 15-20 dəqiqə əvvəl (yolboyu) kitab oxusanız iş zamanı diqqətiniz necə artdığına təəccüblənəcəksiniz.



3. Danışıq qabiliyyətini inkişaf etdirir: Hazırki dövrdə insanların özünü ifadə etməkdə çətinlik çəkdiyi hamımıza məlumdur və bu da öz növbəsində insanlarda öz güvənsizlik yaradır. Kitab oxuyarkən isə müxtəlif mövzulara aid çox sayda söz öyrənir yaxud bildiyimiz sözləri təkrar edirik. Beləliklə müxtəlif sözlərdən istifadə etməyimiz bizim fikirlərimizi, emosiyalarımızı ifadə etməkdə bizə yardımçı olur. özləri də onların təcrübəsindən istifadə edərək inkişaf edir.


4. Yazı qabiliyyətini artırır: Bu kitabların bizim söz ehtiyyatımızı artırması ilə birbaşa əlaqədardır. Belə ki, daha çox sözdən istifadə edərkən yazıçılıq qabiliyyətimiz də inkişaf edir və çox sayda kitab oxumaq bu sahədə köklü dəyişikliklərə şərait yaradır. Buna misal kimi musiqiçiləri yaxud rəssamları göstərə bilərik: yeni fəaliyyətə başlamış musiqiçi yaxud rəssam digər şəxslərin fəaliyyətinə daha çox nəzər yetirdikdə özləri də onların təcrübəsindən istifadə edərək inkişaf edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 367 356 313 341 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.