n2006

n2006 Mətbəx 30-03-2022, 11:00

Şam Yeməyinə Ləziz İspanaqlı Göbələk Yeməyi

Şam Yeməyinə Ləziz İspanaqlı Göbələk Yeməyi
Şam yeməyinə çox ləzzətli ,ispanaqlı göbələk yeməyini hazırlaya bilərsiniz. LoaDinG.Az dadlı göbələkli yeməyin reseptini təqdim edir.

Tərkibi:
1 xörək qaşığı zeytun yağı və ya rafinə olunmamlş kokos yağı
200-250 qr ispanaq
1 çay qaşığı dijon xardalı
1 stəkan yağlı kokos südü
1 xörək qaşığı qlütensiz un
1 ədəd soğan
3 diş sarımsaq
800 qr şampinyon göbələyi
2 çay qaşığı təzə limon suyu
duz, istiot zövqə görə
Hazırlanma qaydası:
Bir qabda kokos südü, dijon xardalı, un və çimdik duzu tel çırpıcıyla yaxşıca qarışdırın. Böyük qazanı zəif ocağa qoyub yağı qızdırın. Soğanı kub formasında doğrayıb yağda qovurun. Üzərinə xırda doğranmış sarımsağı da əlavə edib bir neçə dəqiqə qovurun. Şampinyon göbələyini doğrayıb qovrulan soğan və sarımsağa əlavə edib 4-5 dəqiqə arabir qarışdıraraq bişirin. Duz, istiot, təzə sıxılmış limon suyu da əlavə edib qarışdırın. Ocağı zəiflədin və qazana kokos südlü, unlu qarışığı əlavə edib 4-5 dəqiqə zəif odda bişirin. Təzə doğranmış ispanaqları da əlavə edib 1-2 dəqiqə bişirib ocağı söndürün.

Nuş Olsun!⠀

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
456 550 474 450 502 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.