aynure

aynure Mətbəx 4-04-2022, 17:23

Kimi Edən Parlaq Qlazur

Kimi Edən Parlaq Qlazur
Kimi Edən Parlaq Qlazur
Parlaq qlazur və ya qlyassaj- tortlar üçün çox məşhur və dəbdə olan parlaq örtükdür. Bu örtük tortlarınıza fərqli görünüş verərək güzgü kimi edir. LoaDinG.Az şokoladlı parlaq qlazurun reseptini təqdim edir.

Tərkibi:

12 qr jelatin
60 qr su ( jelatin üçün)
240 qr şəkər tozu
80 qr su
80 qr kakao
160 qr qaymaq (33-35%)
Hazırlanma qaydası:

İlk öncə 12 qr jelatini 60 qr soyuq suyla qarışdırın. Dərin bir qazanda 240 qr şəkər tozu və 80 qr su qarışdırıb zəif ocaqda qaynadın. 80 qr kakaonu qaynayan siropun üzərinə ələyin və dayanmadan qarışdıraraq 1-2 dəqiqə qaynadın. 160 qr yağlı qaymağı qazancaya töküb ilıdın. Ocaqdan götürüb üzərinə suda köpürülmüş jelatini əlavə edib yaxşıca qarışdırın. Qaymaqlı-jelatinli kütləni şəkərli-kakaolu qarışığa əlavə edib qarışdırın. Blenderlə yaxşıca çırpın (çalışın üzərində çoxlu qabarcıqlar qalmasın, yoxsa qlazur hamar olmayacaq). Qlazuru ələkdən keçirin. İstifadə etməzdən əvvəl bir neçə saat kənarda saxlayın. Tortlarınız bu parlaq qlazurla bəzəyə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 388 377 326 415 443

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.