Faydalı Xurmadan Ətirli Keks
Xurma kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C və P vitaminləri ilə zəngindir. Bu faydalı xurmadan asan, dadlı və ətirli keks hazırlaya bilərsiniz. Qadınla.Comətirli xurmalı keksin reseptini təqdim edir.
Tərkibi:
2 ədəd yumurta
140 qr şəkər tozu
180 qr 35% yağlılığı qaymaq
240 qr un
1 çay qaşığı qabartma tozu
40 qr badam ləpəsi
150 qr xurma
Hazırlanma qaydası:
İlk öncə bir qabda yumurtanı şəkər tozuyla mikserlə çırpın. Qaymağı da əlavə edib bir neçə dəqiqə daha çırpın. Ələnmiş un və qabartma tozunu da əlavə edib qarışdırın. Badam ləpəsini xırda doğrayıb, 1/3 hissəsini xəmirə əlavə edin. Zövqə görə xurmanı kiçik kub formasında doğrayıb xəmirə əlavə edə bilərsiniz. 23 x 13 sm ölçülü qəlibə yağlı kağız sərin və xəmiri töküb yayın. Xurmanın cecəsini və tumlarını çıxarıb dilimləyin. Xurma dilimlərini xəmirin üstünə düzün və qalan badam ləpəsini səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin. Bişən keksi soyudub üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!