n2006

n2006 Sağlamlıq 10-04-2022, 09:30

Ramazanda çəki almamaq üçün nələrə diqqət edilməlidir?

Ramazanda çəki almamaq üçün nələrə diqqət edilməlidir?
Ramazanda kökəlməmək üçün nələrə diqqət etmək lazımdır? Bununla bağlı vacib tövsiyələri təqdim edirik.

İmsak edin




30 gün ərzində oruc tutarkən bircə dəfə qidalanmaq metabolizmanın sürətinin azalmasına səbəb ola bilər.

İftar vaxtından yatana qədər 2 litr su için



Çay və qəhvə içmədən əvvəl bədəninizin su ehtiyacını ödəyin. Gün ərzində susuz qalan orqanizminiz iftarda yediyiniz yeməkləri həzm etmək üçün suya ehtiyac duyar.

İmsakda proteinlə zəngin qidalara üstünlük verin



İmsakda karbonhidratla zəngin olan çörək, şirniyyat kimi qidalardan uzaq durun. Çünki bu qidalar sürətlə həzm olunur və tez acmağınıza gətirib çıxarır. Yumurta, qatıq kimi qidalara üstünlük verin. Duzsuz pendir də yemək olar. Qoz, badam, fındıq, avokado kimi meyvələr yeyə bilərsiniz. Buğda və ya çovdar unundan olan çörək yemək olar.

İftarda da proteinli qidalar vacibdir



İftarda proteinlə zəngin ət, toyuq, balıq, paxlalı qidalar yemək həm metabolizmanın sürətlə işləməsinə kömək edər, həm də qan şəkərinizin səviyyəsini normada saxlayar. Protein tərkibi yüksək olan qidalar toxluq müddətini də artırır.

Metabolizmanı sürətləndirmək üçün salat, yaşıl çay istifadə edin



Gün boyu ac qalmaq metabolizmanın sürətinin azalmasına səbəb olur. Buna görə oruc tutarkən iftarda C vitamini ilə zəngin qidalara üstünlük vermək, salat yemək və yaşıl çay içmək vacibdir.

Qəbizlik problemi yaşamamaq üçün bağırsaqları çalışdıran qidalara üstünlük verin



Oruc tutan bəzi insanlar qəbizlik problemi yaşayır. Buna görə quru xurma, quru ərik kimi qidaları yeyə bilərsiniz. Bununla yanaşı probiotik yoğurt, kefir kimi qidalara üstünlük vermək olar.

Susamamaq üçün su tərkibi yüksək olan tərəvəzlər yeyin



Gün ərzində susamamaq üçün imsakda duzla zəngin pendir, zeytun kimi qidaları yeməyin. Xiyar kimi suyla zəngin tərəvəzə üstünlük verə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
689 751 611 572 640 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.