Zəngin Şəki Mətbəxinin Təamı- Umac Halvası
Şəki mətbəxi Azərbaycanın bütün mətbəxləri kimi çox zəngindir. Un, şəkər və yağdan hazırlanan halva Şəkidə özünəməxsus bir üsulla hazırlanır. LoaDinG.Az Şəki halvasının reseptini təqdim edir.
Tərkibi:
500 qr un
300-330 qr kərə yağı
70 ml gülab
bir çimdik duz
Şərbəti üçün:
500 qr şəkər tozu
400 ml gülab
10 zəfərən saplağı ( 70 ml gülabda dəmlənir)
Hazırlanma qaydası:
Şərbəti hazırlamaq üçün bir qabda şəkər tozunun üzərinə gülab töküb ocağa qoyun. 5-7 dəqiqə qaynayan siropa axşamdan gülabda dəmlənən zəfəranı da əlavə edib qarışdırın. 2-3 dəqiqə daha qaynadıb ocaqdan götürün.
Məcməyi və ya iri siniyə siniyə unu tökün. Unun üzərinə gülab çiləyərək əllə ovub umac halına gətirin. Kərə yağını halvanı çalacağınız tavada əridin. Yağ əriyən kimi duz və un kütləsini əlavə edib yaxşıca qarışdırın. Qızılı rəng olana qədər qovurun. Halva qızılı rəng alıb, yağa düşdükdə ocağın altını söndürüb hissə-hissə şərbətdən əlavə edin. Arası kəsilmədən yaxşıca qarışdırın. Şərbət halvaya hopmalıdır. Hazır halvanı dayaz desert boşqabına yaya bilərsiniz. Və ya lavaşın arasına bükərək süfrəyə verə bilərsiniz.
Nuş Olsun!