n2006

n2006 Mətbəx 12-04-2022, 22:00

Ev Şəraitində Sobada Ləzgi-Xərək Çörəyi

Ev Şəraitində Sobada Ləzgi-Xərək Çörəyi
Ləzgi çörəyi və ya Xərək çörəyi – həm qoxusu, həm dadı, həm bişirilmə qaydasına görə digər çörək növlərindən seçilir. Ləzgi çörəyi “xar” adlanan təndirdə bişirilir. “Xar” sözünü qonşu xalqlar çətin tələffüz etdikləri üçün ona “xərək” və ya “ləzgi çörəyi” deyirlər. Xərək çörəyi əsasən ölkəmizin Qusar, Quba, Qəbələ, Xaçmaz və həmçinin Dağıstanın cənub bölgələrində bişirilir. LoaDinG.Az ləzgi çörəyinin ev şəraitində hazırlanmasının qaydasını təqdim edir.

Ev Şəraitində Sobada Ləzgi-Xərək Çörəyinin tərkibi:
un
duz
maya
isti su
Ev Şəraitində Sobada Ləzgi-Xərək Çörəyinin hazırlanma qaydası:
Bir qaba un, maya, duz və isti su əlavə edib xəmir yoğurun. Xəmiri mayalanması üçün isti yerə qoyun. Mayalanan xəmiri kündələyin. Hər kündəni oxlovla nazik yayın. Xəmirin üzərini xüsusi alətlə və ya hinduşka, xoruz lələklərindən hazırlanmış xüsusi dəstə ilə deşdəkləyin. Bu, xəmirin içinə hava girərək tez bişməsinə və forma almasına kömək edir. Əsl Ləzgi çörəyi xərəkdə bişən sayılır. Xərək digər bölgələrdəki təndirlərdən fərqlənir. Torpaqdan hazırlanan xərəyin quruluşu dörbucaq formadadır, sobaya bənzəyir. Ancaq bu üsulla sobada da bişirə bilərsiniz. Çörəyin üzərinə yumurta və suyla qarışdırılmış maye vurub sobada bişirin. Xəmiri soba sinisinin arxa hissəsinə yerləşdirib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Xərək çörəyi normal otaq şəraitində 7 gün, soyuducuda isə 10-12 gün qalsa da xarab olmur.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 477 444 469 475 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.