n2006

n2006 Mətbəx 13-04-2022, 07:00

3 Məhsulla Bişməyən Şokoladlı Desert

3 Məhsulla Bişməyən Şokoladlı Desert
Yalnız 3 məhsulla bişməyən, jelatinsiz ləzzətli diyetik desert hazırlaya bilərsiniz. LoaDinG.Az bişməyən şokoladlı desertin reseptini təqdim edir.

Tərkibi:
200 qr tünd şokolad (şəkərsiz və ya acı şokolad)
100 ml süd (0,5 % yağlılığı və ya istədiyiniz yağlılıqda)
250 qr xama (15-20 %-lik )
Hazırlanma qaydası:
İlk öncə südü isidin, qaynatmayın! Üzərinə şokolad parçaları və ya damla şokoladı əlavə edib yarım dəqiqəlik saxlayın. Daha sonra yaxşıca qarışdırın. Xamanı da əlavə edib blenderlə və ya mikserlə bir dəqiqə çırpın. 15 sm-lik qəlibə və ya porsionluq formalara töküb 3-4 saatlıq soyuducuya yerləşdirin. Və ya bir gecə saxlayın. Bişməyən desert hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 347 388 350 295 335

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.