n2006

n2006 Mətbəx 16-04-2022, 19:00

Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyi

Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyi
İspanaq və pomidor ilə qaymaqlı sousda bişən çox zərif balıq yeməyi. Bu mükəmməl yeməyi 30 dəqiqə ərzində şam yeməyi üçün hazırlaya bilərsiniz. LoaDinG.Az qaymaqlı sosuda ispanaqlı balıq yeməyininin reseptini təqdim edir.

Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin tərkibi:
forel balığı
150 qr çerri pomidor
3 diş sarımsaq
200 qr ispanaq
100 ml 33%-lik qaymaq
60 qr suluquni pendiri
zeytun yağı
zövqə görə ədviyyatlar
Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin hazırlanma qaydası:
Forel balığını yuyub duz, istiot səpin. Zeytun yağında hər iki tərəfli 5 dəqiqə qızardın. Qızardılmış balıqları kağız dəsmalın üzərinə qoyun. Balığı qızartdığınız tavada xırda doğranmış sarımsağı yüngül qovurun. Üzərinə iki hissəyə bölünmüş çerri pomidorları da əlavə edin. İspanaqları da doğrayıb əlavə edib qapağını örtün. Orta odda qaynadıqdan sonra qaymağı və sürtgəcdən keçirilmiş pendiri də əlavə edib qarışdırın. Daha sonra qızardılmış balıqları da üzərinə düzüb 5 dəqiqə bişirin.

Nuş Olsun!⠀

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 501 451 467 468 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.