Azer2

Azer2 İdman 29-05-2022, 15:30

"Real" Çempionlar Liqasının qalibi oldu

"Real" Çempionlar Liqasının qalibi oldu
Bu gün Çempionlar Liqasında final oyunu keçirilib.

Loading.az xəbər verir ki, həlledici matçda İspaniyanın "Real" və İngiltərənin "Liverpul" klubları qarşılaşıb. Madrid təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Oyundakı yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub. Nəticədə "kral klubu" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, Parisdəki "Stade de Frans" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 23:00-da başlamalı olsa da, təhlükəsizlik işləri baxımından 23:37-də start götürüb.
23:37. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) - 0:1

Qol: Vinisius Junior, 59

Paris, "Stade de Frans" stadionu
28 may
"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"a uduzduqları matç (0:1) barədə fikirlərini bölüşüb.
“Oyundan sonra baxdım ki, topa sahibolmada bərabər idik. Amma biz qapıya daha çox zərbə vurduq. "Real"ı sevən hər kəsi təbrik edirəm. Biz qol vurmalıydıq və vurmadıq. Bu, futbolda ən yaxşı izahatdır. Amma çətindir. Rəqibin qapıçısı Kurtua matçın futbolçusudur. Üç dəfə 100 faizlik qol şansımız oldu, amma Kurtua inanılmaz seyvlər etdi. İlk hissədə gözəl anlar yaşadıq. Çox yaxşı işlər gördük, amma bu, kifayət etmədi. Biz bu nəticəni qəbul edirik".

Qeyd edək ki, bu, "Real"ın Çempionlar Liqasında 14-cü qələbəsidir.
"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında “Liverpul”a qalib gəlmələri (1:0) barədə danışıb
"Mən buna inana bilmirəm. Fantastik mövsüm keçirdik. Yaxşı çıxış etdik. Çətin oyun oldu və xüsusilə birinci hissədə çox əziyyət çəkdik. Sonda hesab edirəm ki, biz bu turnirdə qalib olmağa layiq idik. Biz çox xoşbəxtik. Mən rekordçuyam. Keçən il buraya gəlmək mənə nəsib oldu və fantastik bir mövsüm keçirdim. Möhtəşəm klub, keyfiyyətli oyunçular, yaxşı heyət… Son matçda azarkeşlər bizə çox kömək etdilər. Biz xoşbəxtik, onlar da xoşbəxtdirlər”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 526 497 509 409 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.