n2006

n2006 Mətbəx 23-06-2022, 13:28

Ev Şəraitində Çiyələkli Limonad

Ev Şəraitində Çiyələkli Limonad
Çiyələkli limonad yaz-yay aylarının isti günlərində sevdiyiniz içki olacaq. LoaDinG.Az ev şəraitində çiyələkli limonadın reseptini təqdim edir

Tərkibi:

2 ədəd limon
10-15 ədəd çiyələk
1 stəkan şəkər tozu
2,5-3 litr su
nanə
Hazırlanma qaydası:

İlk öncə limonun qabıqlarını rəndələyin (ağ hissəsini rəndələməyin, acılıq verəcək).Bir qabda limon qabıqlarının üzərinə şəkər tozu töküb əlinizlə ovaraq qarışdırın. Daha sonra üzərinə bir az su töküb qaşıqla qarışdırıb kənara qoyun. Qabıqlarını rəndələdiyiniz limonları orta hissəsindən iki yerə bölün və suyunu sıxın. Limon suyunu əvvəlcədən hazırlayıb kənara qoyduğunuz şəkərli, limonlu suya əlavə edib qarışdırın. Mətbəx blenderiylə çiyələkləri püre halına gələnədək qarışdırın. Tel süzgəci dərin bir qabın üzərinə yerləşdirin. İlk öncə limonlu suyu süzgəcdən keçirin, daha sonra çiyələkli püreni də yaxşıca əzərək süzgəcdən keçirin. Üzərinə 2,5 litr su əlavə edib qarışdırın və soyuducuya yerləşdirin. Soyuducudan çıxartdığınız limonadın dadına baxın. Əgər şirinliyi artıqdırsa üzərinə yarım litr suyu da əlavə edib qarışdırın. Süfrəyə verdikdə nanə yarpağını yüngülcə əlinizlə əzib limonada əlavə edin.

QEYD: Çiyələk əvəzinə kivi, şaftalı və albalı istifadə edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 383 376 335 372 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.