Русал Ка

Русал Ка Mətbəx 19-06-2017, 00:31

Asan hazırlanan çay keki

Asan hazırlanan çay keki
Asan hazırlanan çay keki 
Dadlı, bir o qədər hazırlanması asan çay kekinin hazırlanma qaydasını təqdim edirik:

Lazım olanlar:
4 ədəd yumurta ( otaq temperaturunda)
2 stəkan şəkər tozu
Yarım stəkan duru yağ
Yarım stəkan qatıq
1 stəkan soyuq dəmli çay
3 ç/q kakao
Vanil
Qabartma
Un ( göz qərarı)


Hazırlanması:
Əvvəlcə, yumurta və şəkər tozu 7-8 dəqiqə qarışdırılır. Daha sonra sıra ilə duru yağ, qatıq və çay əlavə olunur. Ayrı bir yerdə un , qabartma və vanil tozu ələnir. Bu qarışımın içinə ələnmiş un, vanil, qabartma əlavə edilir və qarışdırılır.
Hazırladığınız qarışımı yağlanmış keks qabına əlavə edin. 160 dərəcədə 40-45 dəqiqə bişirin. İlk 40 dəqiqə sobanın qapağını açmayın. Keks bişəndən sonra sobadan çıxarın və soyumasını gözləyin. Tam soyuduqdan sonra qabdan çıxarıb dilimləyin.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 630 652 619 531 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.