n2006

n2006 Gözəllik 25-06-2022, 11:00

Saçları fenlə qurutmaq ziyanlı deyilmiş

Saçları fenlə qurutmaq ziyanlı deyilmiş
Belə hesab olunur ki, saçların fenlə qurudulması onlara ciddi ziyan vurur, tökülməsinə səbəb olur.

Bu səbəbdən mütəxəssislər saçları təbii şəkildə qurutmağı tövsiyə edirlər.

Lakin Britaniya alimi Tim Mur araşdırma zamanı sübut edib ki, əksinə fenlə saçları qurutmaq təbii şəkildə qurutmaqla müqayisədə saçlara daha az ziyan vurur.

Daily Mail xəbər verir ki, alimin fikrinə görə, düzgün məsafədə və lazım olan hərarətdə saçları fenlə qurutmaq ziyanlı deyil. Suyun təsiri nəticəsində saçlar zəifləyir və bu təsir nə qədər çox olarsa saçlar daha da çox zəifləyəcək. Bu səbəbdən saçların tez bir zamanda quruması çox vacibdir.

Fenlə qurudanda aşağı temperaturdan başlayın və sonra saçlar qurumağa başlayanda temperaturu bir qədər artırın. Feni saçlara çox yaxın məsafədə tutmayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 425 434 400 339 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.