♔Kraliça♔

♔Kraliça♔ İslam Dini 19-06-2017, 13:48

Namazın keçir

Namazın keçir
Namazın keçir 
İslam böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə edəcəyini bilmir.Ağlayır,fəryad edir."Allahım,qəflətə düşdüm,məni əfv et!"-deyib sızıldayır.Peyğəmbərimizin "Kim bir namazını qaçırsa,bütün var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir"hədisini xatırladıqca əzabı daha da artır. Bir az keçmiş namazın qəzasını qılır.Sonra başını səcdəyə qoyub Allahdan bağışlanma diləyir.Bu zaman bir səs eşidir: -Ey Bəyazid,bu günahın bağışlandı.Bu peşmançılıq və ağlamağına da yetmiş min nafilə namazı qədər savab yazıldı. Bu eşitdiklərindən ürəyinə su səpildi.Aradan bir neçə ay keçdi.Bir sabah namazı yenə az qala yatıb qalacaqdı.Ancaq bu dəfə namaz vaxtının bitməsinə bir az qalmış şeytan onu oyatdı: Qalxnamazın vaxtı çıxır,-dedi. Bəyazid onun şeytan olduğunu başa düşüb: -Ay lənətlənmiş,sən heç vaxt belə eləməzdin.Hər kəsin namazının keçməsini,qəzaya qalmasını istəyərdin,necə oldu ki,məni oyatdın?-dedi. Şeytan: -Bir neçə ay əvvəl bir namazı keçirdiyinə görə o qədər peşman oldun,ağlayıb fəryad etdin ,inlədin ki,nəinki günahın bağışlandı,hətta yetmiş min namaz savabı da aldın.Ona görə də təkcə bu namazın savabını alasan deyə səni yuxudan oyatdım.
Redaktə etdi:_Sabina_

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
790 816 681 734 750 706

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.