Zaman keçir...
Zaman keçir..Bir müddət sonra mənasızlaşır artıq hər şey. Bir zamanlar hər kəsdən fərqli bildiyin insan belə gün gəlir hərkəsləşir, adi bir insan olur gözündə. Vaxtı ilə hər şeydən çox önəm verdiyin insan artıq adiləşir. Verdiyin dəyərin qarşılığını görmədikcə uzaqlaşırsan. İnsan çox da fikirləşməməlidir bəzi şeyləri. Heç kimə olduğundan artıq hörmət qoymamalıdır. Boş verməyi öyrənmək lazımdır. Boş vermək ən gözəlidir bəlkə də. Bir şeylərin düzələcəyini gözləməyin. Verdiyiniz dəyəri bu gün görməyən inanınki sabah da görməyəcək. Sizi bir dəfə sevməyən heç vaxt sevməyəcək. Uzatdıqca özünü üzəcəksən. Düşündükcə sənin gözlərin dolacaq. Həyat budur, boş verin. İndi üzüldüyünüz nə varsa gələcəkdə kiçik bir gülümsəmənizə səbəb olacaq...






