Nə vaxt yadıma düşsən sən, yuxularım haram olar mənə.


Düşününcə səni, sovrulub gedən xəyallarım gəlir ağılıma.
Düşününcə səni, həyatın sahilində gəzmələrim gəlir ağılıma.
Həm də heç qorxmadan, gülümsəyərək xatırlayıram bütün yaşananları.
Düşününcə səni, daha bir cəsarətli oluram, daha bir cəngavər kəsilirəm hadisələrin qarşısında.



Bənzədə bilmirəm səni tək bir şeyə.
Bir sirr çantası kimisən.
Nə vaxt açmağa çalışsam, bir tərəfim səninlə sirrlənir, yox olur sonsuzluqda.
Bir iti bıçaq kimisən, səni hər əlimə aldığımda kəsilən barmağım deyil, ürəyim olur.
Bir damla qan kimisən gözəlim,nə vaxt "Boş ver!" desem,
o qan damlası qurtarır amansız çətinlikli xəstəliklərdən məni.



Nə vaxt düşünməsəm səni, həyat elə sıravi keçir ki şikayət belə etmirəm,
həmçinin sıravi gələn həyata alışdım gözəlim.
Nə vaxt səni düşünməsəm, həyatın döyüşündə qaçıb duduram.
Nə vaxt səni düşünməsəm özümü unuduram,
yox oluram mənim xaricində olan insanların problemləri arasında.
Nə vaxt səni düşünməsəm yuxularım çox gözəl olur.
Çünki qusmuşam səmaya hirsmi və ümidimi.
Gün ağardığında, başımı yastığa qoyduğumda,
unutmuş olan mənliyim ağılıma gəlməz, rahat və əhəmiyyətli hesab etməz yataram.
Səhər heç düşünməm "Niyə və kimə yoruldum?" deyə.
Yenə başqası üçün yorulmuşam.
Çünki nə sən, nə də sənə çatmaq üçün mübarizə edən mənliyim vardır sonunda.







