n2006

n2006 Mətbəx 1-07-2022, 17:00

Dadlı Və Doyurucu Şanxay Salatı

Dadlı Və Doyurucu Şanxay Salatı
Şanxay salatı əsl xilasedicidir. Asan hazırlanan bu salat eyni zamanda dadlıdır. Salatın tərkibindəki ət salatı doyurucu edir. Bu dadlı salat bayram süfrəsi üçün idealdır. LoaDinG.Az Şanxay salatının reseptini təqdim edir.

Tərkibi:

200 qr bişmiş ət
150 qr bişmiş düyü
100 qr bişmiş yerkökü
4 ədəd bişmiş yumurta
200 qr konservləşdirilmi yaşıl noxud
1 dəstə yaşıl soğan
zövqə görə duz
150-200 qr mayonez
Hazırlanma qaydası:

Əti əvvəlcədən duzlu suda bişirin və tamamilə soyudun. Yumurtanı da suda bərk halda bişirin və qabığını soyub soyudun. Yerkökünü də suda bişirin. Başqa bir qabda düyünü yumşalana qədər qaynadın. Bişmiş soyumuş əti, yumurtanı, yerkökünü orta ölçülü kub formasında doğrayın. Yaşıl soğanları da doğrayın. Bir qabda hamısını qarışdırıb yaşıl noxud, duz və mayonez əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
651 576 572 557 584 562

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.