n2006

n2006 Mətbəx 1-07-2022, 10:43

Azkalorili Tuna Balığı Salatı

Azkalorili Tuna Balığı Salatı
Azkalorili və dadlı bir salat istəyənlər üçün mükəmməl seçimdir. LoaDinG.Az tuna balığı salatının reseptini təqdim edir.

Tərkibi:

200 qr konservlşdirilmiş tuna (ton, tunes) balığı
1 ədəd orta ölçüdə kahı
3 ədəd pomidor
200 qr konservləşdirilmiş qırmızı lobya
100 qr qara zeytun
1 ədəd qırmızı soğan
3-4 budaq tərxun, nanə, reyhan
Sousu üçün:

1/2 limonun suyu
1 diş sarımsaq
1 çay qaşığı xardal
2 xörək qaşığı xama
3 xörək qaşığı sızma zeytun yağı
Hazırlanma qaydası:

İlk öncə qırmızı soğanı yarım halqa formasında doğrayın. Bir qabda soğanın üzərinə sirkə və su töküb marinə olunması üçün kənarda saxlayın. Kahı yarpaqlarını doğrayın, pomidorları da yarım halqa doğrayın.
Sousu hazırlamaq üçün sarımsağı xırda-xırda doğrayın. Bir qabda doğranmış sarımsaq, xama, xardal, zeytun yağı və limon suyu töküb tel çırpıcıyla yaxşıca qarışdırın.
Bir qabda doğranmış kahı, pomidor, diri halda tumsuz qara zeytun, yağı süzülmüş didilmiş tuna balığını, konservləşdirilmiş qırmızı lobya (və ya ev əraitində suda bişib,suyu süzülmüş lobya), doğranmış göyərti, marinə edilmiş,suyu sıxılmış soğanları da əlavə edib qarışdırın. Zövqə görə duz, istiot vurun. Hazırladığınız sousu da salatın üzərinə gəzdirib qarışdırın. Salat hazırdır!

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
635 649 529 581 609 573

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.