Gül solandan sonra, güldanın bir önəmi qalmır.
Ətrafında olan, zövqünü korlayan, səni İstəklərindən kənar tutan, rahatlığına mane olan hər şeyi özündən uzaq tut. Qulaqlarına yapışmış keçmişin çığırtılarını susdur. Bütün qorxularını ələ al. Başını dik tut və gülümsə. Sənə aid olanları dəyərsizləşdirmə. Kimsədən kömək istəmə, sən elə özünün ən sadiq dayağı, köməyisən. Səni kiminsə sevəcəyini, sayacağını və dəyər verəcəyini gözləmə. Sən onsuz da dəyərlisən və yaşaya biləcəyin hər şeyə layiqsən.






