weher uwagi

weher uwagi Məşhurlar 6-07-2022, 08:57

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - İradə Zeynalova

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - İradə Zeynalova
Rusiyalı jurnalist, müxbir, teleaparıcı – İradə Aftandil qızı Zeynalova 20 fevral 1972-ci ildə Moskvada anadan olub. НТВ kanalında (2016-cı ildən bəri) gedən «Итоги недели» (“Həftə yekunu”) proqramının müəllifi və aparcısıdır. НТВ televiziya şirkətinin İnformasiya Bölməsinin məlumat və əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir. Əvvəllər “Birinci kanal”da yayımlanan «Время» (“Vaxt”) proqramının bazar buraxılışının aparıcısı (2012-2016) olub, həm də Böyük Britaniyada (London) və İsraildə (Təl-Əviv) “Birinci kanal” ASC-nin müxbir bürolarının rəhbəri olub. Rusiya Televiziya Akademiyasının üzvüdür, jurnalist Svetlana Zeynalovanın böyük bacısıdır. Atası Aftandil İsabala oğlu Zeynalov azərbaycanlı, anası Qalina Alekseyevna isə rusdur. İradə Zeynalova K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnologiya Universitetini bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib. 1997-ci ildən bəri televiziyada işləyir. Əvvəllər «Вести» proqramında (РТР) redaktor, həm də ingilis dilinə tərcüməçi işləyib. Holland briqadasının tərcüməçisi kimi «Вести» üçün "newsroom"un qurulmasında iştirak etmişdir.

2002-ci ilin oktyabrında Moskvanın Dubrovka qəsəbəsində terror aktı günü işləmişdir. Telekanaldan 2003-cü ilin aprelində getdi. 2004-cü ilin fevralında və 2010-cu ilin mart ayında Moskva metrosunda partlayış günlərinin, 2004-cü ilin sentyabrında Beslan şəhərində terror aktı günlərinin, 2005-ci ilin 25 mayında Moskvanın enerji şəbəkələrində qəza günlərinin, həmçinin Almaniyada furbol üzrə 2006-cı il dünya çempionatının final oyunundan reportajlarını aparıb. İtaliyanın Turin şəhərində 2006-cı il qış Olimpiya oyunlarında, Londonda 2012-ci il yay Olimpiya oyunlarında və “Birinci kanalın” briqadasının tərkibində Soçidə keçirilən 2014-cü il Oyunlarında çalışmışdır.

“Ən yaxşı reportyor” nominasiyasının “Üzlər” kateqoriyasında (“Olimpiadanın qızıl anları” verilişinin bir neçə buraxılışına görə) «ТЭФИ-2006» televiziya mükafatının laureatıdır, “Ölkə qarşısında xidmətlərinə görə” II dərəcəli (2006) orden medalı ilə təltif edilib. İki dəfə evli olub, bir oğlu var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 542 497 510 508 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.