Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Fərman Salmanov
1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya" rəhbəri (1978-1987), SSRİ Geologiya nazirinin birinci müavini (1987-1991), Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və Texas ştatının fəxri vətəndaşı, Lenin ordeni (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976), "Oktyabr inqilabı" ordeni (1983), Lenin mükafatı (1970), İvan Qubkin mükafatı (1980) ilə təltif olunmuş Fərman Qurban oğlu Salmanov 28 iyul 1931-ci ildə Şamxorun (indiki Şəmkir) Morul kəndində anadan olmuşdur (31 mart 2007-ci ildə Moskvada vəfat edib). 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. 1955-1957-ci illərdə Salmanov Plotnikov zavodunun rəisi, daha sonra isə Kemerovo vilayətində Qroznı neft kəşfiyyat ekspedisiyalarının baş geoloqu vəzifəsində çalışmışdır. O, Kuzbassda neft axtarışını perspektivsiz hesab edirdi, ona görə də öz qrupunu Surqut şəhərinə aparmışdı. Salmanov rəhbərliyin bu işi dayandırmasına dair sərəncamlarına baxmayaraq, qazma işlərini davam etdirir. Bununla belə, kəşfiyyat ekspedisiyasının rəisi istədiyinə nail ola bilib.
Salmanov 1961-ci ilin 21 mart tarixində, onun sevdiyi Novruz bayramı günündə Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu 2180 metr dərinlikdən neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surqut, Urenqoy, Yamburq və s. misal göstərmək olar. Ümumilikdə isə karyerası ərzində 130-dan çox yataq kəşf etmiş və ya kəşf olunmasında iştirak etmişdir.
Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.
Fərman Salmanovun həm də Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü olmuş Mais adlı (1933-2008) bir qardaşı və Amura adlı bir bacısı var idi. Fərman özü 3 dəfə evli olub, dörd övladı (3 oğlan, 1 qız), beş nəvəsi (3 oğlan, 2 qız) var.
- Birinci (Şəmkir rayon prokurorunun qızı Hacıyeva Şura Hacı qızı) nigahdan dilçi, əvvəl Azərbaycan Dillər Universitetinin, sonra Gömrük Komitəsinin əməkdaşı işləmiş İlqar Fərman oğlu Salmanov (1948-2016) adlı bir oğlu olub. 1976-cı il təvəllüdlü nəvəsi Fərid, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun məzunudur, Tümendə yaşayır.
- İkinci (Oktyabrina Salmanova) nigahdan 1955-ci il təvəllüdlü oğlu İlya Fərman oğlu Salmanov 3 №-li Nijnevartovks şəhər xəstəxanasının baş həkimi, RF-nın əməkdar həkimi, sağlamlığın qorunması və ekoloji təhlükəsizlik üzrə komissiyanın sədri; Böyük Vətən Müharibəsi veteranlarının, döyüş əməliyyatları, əmək və əlillik məsələlərinə dair komissiyanın üzvü; Nijnevartovks ərazi komitəsinin üzvüdür. Nəvələri: Moskvada yaşayıb işləyən dizayner Anastasiya (1978), iki uşaq anası Dina-Kseniya (1981) və Kirill (1990).
1958-ci il təvəllüdlü qızı Tatyana Fərman qızı Salmanova Surqut şəhərində əfsanəvi atasının muzeyi olan binada dünyaya göz açıb. Tomsk şəhərinin Oktyabr rayon Məhkəməsinin hakimidir. 1983-cü ildə anadan olan nəvəsi Georgiy – hüquq elmləri doktoru, Rusiya Maliyyə Nazirliyinin Dövlət Universitetində cinayət hüququ kafedrasının müdiridir.
- Üçüncü (Tamara Vasilyevna Salmanova) nigahdan sonuncu övladı – Oleq Fərman oğlu Salmanov (1961-2003) atasının izi ilə getdi və geoloq peşəsini seçdi.