n2006

n2006 Gözəllik 23-07-2022, 21:48

Banan qabığının cildə inanılmaz təsiri

Banan qabığının cildə inanılmaz təsiri
Banan qabığı müxtəlif vitamin, mineral, orqanik turşular və s. qiymətli maddələrlə zəngindir. Bu səbəbdən banan qabığını sağlamlıq və gözəllik üçün istifadə etmək mümkündür.

Bunun müxtəlif yolları var:

LoaDinG.Az bildirir ki, limon və salisil turşuları ilə zəngin olan banan qabığı dişləri əla təmizləyir, ağardır, dişlərin üzərində ləkələri aparır.

Bunun üçün dişlərinizi hər gün 1-2 dəqiqə ərzində banan qabığının içi ilə sürtün. Bundan sonra ağzınızı yaxalayın və adi qaydada diş məcunu ilə təmizləyin.

2. Banan qabığının köməyi ilə üz dərisini cavanlaşdırmaq, ağartmaq, piqment ləkələrini aparmaq mümkündür. Turşuların sayəsində banan qabığı dəriyə yüngül pilinq kimi təsir edir.

3. Ayaqlarda qabarları aparmaq üçün də banan qabığından istifadə edə bilərsiniz. Ayaqlarınıza isti sodalı vanna edin, sonra qabarların üzərinə banan qabığının iç tərəfini qoyub plastrla bərkidin. Bu proseduru bir neçə dəfə edin. Qabarlar yumşalacaq və çıxacaq.

4. Banan qabığı dərini əla təmizləyir, sızanaqları aparmağa kömək edir.

5. Banan qabığı ziyillərlə mübarizədə də kömək edir. Qabığın iç tərəfini ziyilin üzərinə qoyub səhərə qədər saxlayın. Bunu bir neçə dəfə etmək lazımdır.

6. Ağcaqanad dişləməsi zamanı bu yerə banan qabığını sürtün. Ağrı və qaşınma azalacaq.

7. Gözlərin altında qara kölqələri yox etmək üçün gözlərinizin üzərinə banan qabıqlarını qoyub bir az uzanın. Belə məska həmçinin göz qapaqlarının dərisinə da qulluq edir, onu nəmləndirir və cavanlaşdırır.

8. Psoriaz zamanı banan qabığını zədələnmiş dəriyə qoyun. Bu dərini yumşaldır, nəmləndirir, qaşınmanı azaldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
466 542 460 464 533 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.