n2006

n2006 Gözəllik 25-07-2022, 16:30

Dişlərinizi ağardan 8 qida

Dişlərinizi ağardan 8 qida
Dişlərinizin sağlam olması üçün mütəmadi olaraq həkim müayinəsindən keçməlisiniz. Müayinə ilə bərabər yediyiniz qidalara da diqqət etsəniz nəticə daha da mükəmməl olacaq.

LoaDinG.Az diş sağlamlığınız üçün lazım olan qidaları sizlərə təqdim edir:
Süd və süd məhulları

Süd və süd məhsulları tərkibindəki kalsium vasitəsilə dişləri gücləndirir. Eyni zamanda dişləri ağardır və daha sağlam hala gətirir. Lakin tərkibində kalsium olan hər qida xeyirli deyil. Məsələn, ispanaq dişlərinizi ağartmaq yerinə, ləkəli edə bilər.

Çiyələk

Çiyələyin tərkibində olan vitaminlər diş əti sağlamlığınıza və dişlərinizin ağarmasına birbaşa təsir edir. Eyni zamanda diş əti qanamalarının da qarşısını alır.

Badam və qoz

Badam və qoz kimi çərəzlər dişinizdəki ləkələrin təmizlənməsinə kömək edir. Əlavə olaraq badam və qozun tərkibində protein də mövcuddur.

Portağal

Portağal dişlərin çürüməsinə və saralmasına imkan yaradan maddələri məhv edir. Eyni zamanda tərkibində C vitamini olduğuna görə bədəninizin sağlamlığı üçün də xeyirlidir.

Alma

Alma diş ətini gücləndirir. Dişlərin rənginin ağarmasının və pis qoxuların qarşısını alır.

Su

Bol su içmək sağlam dişlərə sahib olmağınız üçün ideal vasitələrdəndir. Su həm də diş minerallarınızın sağlamlığına da kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 474 415 461 483 409

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.