Mələy0001

Mələy0001 İslam Dini 28-06-2017, 17:00

Məscidə piyada getməyin savabı nə qədərdir?

Məscidə piyada getməyin savabı nə qədərdir?
Məscidə piyada getməyin savabı nə qədərdir? 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq məqsədi ilə məscidlərin birinə gedərsə, atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar". (Muslim, 666).
"Kim namaz qılmaq üçün məscidə getsə, Allah ona Cənnətdə ziyafət verər". (Buxari, 622 və Muslim, 669).
"Sizə elə bir şey öyrədimmi ki, Allah onun sayəsində həm günahlarınızı bağışlasın, həm də savabınızı artırsın? Səhabələr: "Öyrət, ya Rəsulallah!" - dedilər. Peyğəmbər buyurdu: "Soyuq havada olsa belə dəstəmazı tam şəkildə alıb mütəmadi olaraq məscidə getmək, namazı bitirdikdən sonra növbəti namazı gözləmək, sizin üçün ribatdır". (Muslim, 251).

LOADING.AZ zikr.az-a istinadən bildirir ki, hədisdə qeyd olunmuş "ribat" kəlməsi Allah yolunda keşik çəkmək deməkdir. Bu isə savabı böyük olan əməllərdəndir.
"Kim cümə günü ailəsi ilə yaxınlıq edər sonra qüsl alar (çimər), səhər erkəndən çıxıb tez piyada məscidə gedər, imama yaxın oturar, onu dinləyər və artıq heç bir hərəkət etməzsə onun atdığı hər addıma görə bir illik namaz və oruclu ilin savabı yazılar".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
797 763 708 654 760 724

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.