Göbələk görünüşlü peçenye
Ərzaqlar:
2 paket buğda nişastası
1 su stəkanı un
2 ədəd yumurta
1 paket marqarin
1 çay qaşığı qabartma tozu
1 paket pudra şəkəri
Üzərinə: 1 şirin qaşığı kakao
Böyük bir xəmir yoğurma qabında buğda nişastasını, 1 su stəkanı unu, 2 ədəd yumurtanı, 1 paket otaq istiliyində marqarini, 1 çay qaşığı qabartma tozunu və 1 paket pudra şəkərini qarışdırın. Ələ yapışmayacaq şəkildə bir xəmir əldə edənə qə
dər yoğurun.
Soba nimçəsinin ölçülərində yağlı kağız sərin. Nimçənin içinə yerləşdirin. Xəmirdən qoz iriliyində parçalar qoparın. Əlinizdə yumrulayaraq şəkil verin. Kiçik xəmir toplarını nimçəyə düzün. Yumru kiçik bir şüşə qapağını kakaoya batırın. Sonra kiçik xəmir topunun üzərinə basdırın. Əvvəldən isidilmiş orta istilikli sobada peçenyelərin üzəri çox yüngül çəhrayılaşana qədər bişirin.
Nuş Olsun!