♔Kraliça♔

♔Kraliça♔ İslam Dini 28-06-2017, 11:21

Allahın sifətləri arasında hansı fərq var?

Allahın sifətləri arasında hansı fərq var?
Allahın sifətləri arasında hansı fərq var?

Allahın sifətləri barədə alimlər bir neçə cür təsnifat təklif etmişlər. Əsasən, şiə mənbələrində daha çox rast gəlinən təsnifata görə, Allahın bəzi sifətləri sübutiyyə, bəziləri də səlbiyyə adlanır. Əhli-sünnə məzhəbində (əsasən, İmam Əbu Hənifənin “Fiqhül-əkbər” kitabında) irəli sürülən təsnifata görə isə Allahın sifətləri iki hissəyə bölünür: zati və feli sifətlər. Zati sifətlər o sifətlərdir ki, onların olmamasını təsəvvür etmək mümkün deyil və günahdır.

Məsələn, elm, qüdrət, səmi və bəsir sifətləri. Allahı elmsiz, aciz, görməyən və eşitməyən adlandırmaq küfrdür. Amma feli sifətlərin ziddini təsəvvür etmək günah deyil. Məsələn, xaliq, rəzzaq, mütəkəllim (danışan) sifətləri kimi. Allah istəsə yaradar, istəməsə yox. İstədiyinə ruzi yetirər, istəmədiyinə yox. İstədiyi ilə danışar, istəmədiyi ilə yox. Feli sifətlərin mütləq üzə çıxması vacib deyil, Allah bu sifətləri bəzən bəndələrə göstərməyə də bilər. Amma zati sifətlər hər zaman görünəndir və onlarsız Allahı təsəvvür etmək mümkün deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
823 856 692 743 761 723

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.