Şokoladlı keks
Ərzaqlar:
3 dənə yumurta
1 su stəkanı pudra şəkəri
0,5 su stəkanı maye yağ
0,5 su stəkanı süd
Bir yarım su stəkanı un
*0,5su stəkanı + iki yemək qaşığı qargıdalı nişastası
1,5 paket qabartma tozu
1 paket vanil
Krem üçün:
Bir yemək qaşığı un
Bir yemək qaşığı qargıdalı nişastası
Bir su stəkanı qədər toz şəkər
2,5 su stəkanı süd
1 paket kakao
80 qram bitter şokolad
Hazırlanması:
Dərin bir qabda yumurta və şəkəri bir müddət çırpın.
Sırası ilə maye yağ, süd, un, misir nişastası və son olaraq qabartma tozu ilə vanili əlavə edin.
Yağlanılmış qəlibə köçürdüyünüz qarışığı, daha əvvəldən istilətdiyiniz sobada 160 dərəcədə bişirin.
Keks yaxşıca soyuduqdan sonra ilk başdakı şəkildə gördüyünüz kimi üst tərəfindən kəsin.
İçini oyaraq əvvəldən hazırladığınız şokoladlı qarışıq ilə doldurun.
Plomb kreminin üstünə təxminən 50 qram ərimiş şokolad sürün ki üst parça gözəl yapışsın.
Soyuducunda 30 dəqiqə qədər gözlətdikdən sonra keksimizi şokolad və filə fındıq ilə də bəzəyə bilərsiniz.
Nuş Olsun!






