Doğru makiyaj təmizləmə üsulları
İstər köpük istər jel formasında bir məhsulla olsun, dəriniz hər gün təmizlənməyə ehtiyac duyar. Yaxşı amma doğru dəri təmizləmə üsulu necə olmalı?
Makyaj edərkən bir xeyli səy sərf edirik, yaxşı eyni diqqəti dərimizi təmizləyərkən də göstəririkmi?
Dəri tipinizə və istifadə vərdişlərinizə uyğun doğru makiyaj təmizləyicini tapmaq bir az zaman ala bilər. Amma çox təəssüf ki hər şey doğru təmizləyicini tapmaqla da bitmir. Dərimiz olduqca həssas və inciməyə meylli… Bu səbəblə dəri baxım məhsullarının məzmununun yanında istifadə şəkillərinə də mütləq diqqət göstərmək lazımdır.
Makiyajınızı təmizləmək üçün makiyaj təmizləmə pambıqlarından ya da dəsmallarından köməkmi al/götürürsünüz? O halda bu kiçik köməkçiləri doğru istifadə edib istifadə etmədiyinizdən mütləq əmin olmalısınız! Elə isə makiyajınızı doğru bir şəkildə təmizləmənin yolları:
1. addım
Alınınızı təmizləməyə tam ortadan başlayın və əvvəl sola, sonra sağ tərəfə doğru davam edin. Sol-sağ gəzişmələrini aşağı yuxarı sürüşdürərək alınınızın bütününü təmizlədiyinizdən əmin olun.
2. addım
Göz bölgəsinə gəldiyinizdə həssaslıq nisbətinizi iki qatına çıxarmalısınız. Tövsiyəmiz, göz makiyajınızı təmizləyərkən üzük barmağınızdan kömək almanız. Səbəbini maraqlananlar üçün dərhal açıqlayaq; üzük barmağınız digər barmaqlarınıza nisbətlə daha yumşaq bir toxunuş reallaşdıracaq. Çünki bu barmağın təzyiq sıxlığı digərlərinə görə daha azdır.
Barmağınıza doladığınız pambığı göz qapağınızın iç qisimindən xarici qisiminə doğru nəzakətlicə gəzdirin. Bu əməliyyatı makiyajınız tamamilə təmizlənənə qədər davam etdirin.
3. addım
Sıra üzünüzə gəldiyində barmaqlarınız daim yuxarı doğru hərəkət etsin. Yəni tətbiqi daim dairəvi hərəkətlər köməyiylə aşağıdan yuxarı doğru edin. Bu, dəri səthində həps olmuş çirk, bakteriya və yağlardan xilas olmanıza kömək edəcək.






