n2006

n2006 Münasibətlər 12-08-2022, 11:00

Münasibətlərdə xoşbəxt olmanıza maneə törədən 4 davranış

Münasibətlərdə xoşbəxt olmanıza maneə törədən 4 davranış
Partnerinizlə xoşbəxt birlikdəlik keçirmək istəyirsinizsə, bu 4 davranışdan mütləq çəkinməlisiniz.

Mütəxəssis John Gottmanın Time jurnalında dərc olunan bir araşdırmasına görə, ikili əlaqələrinizdə xoşbəxt olmaq istəyirsinizsə, bu 4 davranışdan çəkinməlisiniz.

Problemlər bitmir
Gottmanın araşdırmalarına görə, evlilikləri bitirən əsl səbəb, böyük fərqliliklər ya da anlaşılmazlıqlar deyil, bunlarla necə başa çıxıldığıdır. Araşdırmaya görə cütlüklərin 69%-nin problemləri davamlı olaraq davam edir. Ancaq Gottmana görə 4 bağışlanılmaz davranış əlaqələri bitirir. Baxın, o davranışlar hansılardır.

Tənqid etmək
Partnere qarşı edilən tənqid, çox vaxt fərdi olaraq qəbul edilə bilir. Yeməkdən sonra yoldaşınızın masanı yığişdırmamasını unutqanlıq yerinə, düşüncəsizliyə və eqoizmə bağlamaq kimi.

Soyuq davranmaq
İçinizə qapanmaq, əlaqəni kəsmək kimi məsafəli davranışlar, partnerinizi yalnız yaşanan problemdən deyil, sizdən də duyğusal mənada soyudar. Bəzən mübahisə etmək daha yaxşı ola bilər.

Savunmaq
Partnerinize "problem mənim davranışlarım deyil, sənin" mesajını vermək də qarşıdurmanı gücləndirən, həllə çatmaqdan uzaqlaşdıran 4 davranışdan biridir. Bir çox əlaqə tərəflərin həddindən artıq savunmacı rəftarları üzündən sonlanır.

Alçaltma
Dörd səhv davranışdan ən pisi isə alçaltmadır. Partnerinize adlar taxmaq, göz aşırtma, lağ etmə, sərt bir yumor anlayışı kimi davranışların hamısı buna daxildir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 517 468 422 442 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.