Owusu

Owusu Məsləhətlər 14-08-2022, 11:00

Bu əməlləri etməyin ki, mütləq qarşınıza çıxar

Bu əməlləri etməyin ki, mütləq qarşınıza çıxar
"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır". (Mülk-2)

Qurani-Kərim ölümün və həyatın hikmət və fəlsəfəsini bu cür anladır. Yaxşını və pisi son aqibətin sınaq vasitəsi bilir. Yəni insan istər dünyada olsun, istər axirətdə öz yaxşı və pis əməlinin qarşılığını mütləq görəcəkdir.

Bəzən elə düşünülür ki, insanın hesabı yalnız axirətə qalacaq, yaxud axirətə inamı olmayan öz əməlinin qarşılığını almayacağını düşünür.

Lakin bu heç də belə deyildir. Həm Quran ayələri, həm hədislər, həm də həyat təcürbəsi göstərir ki, yaxşı və pis olmasından aslı olmayaraq heç bir əməl qarşılıqsız qalmır. Nə dünyada, nə də axirətdə. Fərqi budur ki, axirət aləminin hesabı dünyadan tam fərqlidir.

Həzrət peyğəmbər (s) buyurub: "Üç xislət (əməl) vardır ki, onun əks təsiri insanın özünə qayıdar. Bunlar zülm, hiylə və vədinə dönük çıxmaqdır."

Qeyd olunan əməllərin hər üçü bəyənilməyən, pis əməllərdir. Zülüm, digərlərinə qarşı hiyləgərlik və vədinə xilaf olmaq insanı həm dünyada, həm də axirətdə üzü qara edər. Axirətdə etdiklərinin cəzasını görən. Dünyada isə mütləq, etdikləri qarşısına çıxar. Zülm etsən zülm görərsən...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 388 416 402 406 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.