n2006

n2006 İslam Dini 16-08-2022, 17:30

Möminin qəbirdəki halı

Möminin qəbirdəki halı
Əgər o, (dünyada ikən) mömin olmuşdursa, başının üstündə namaz, sağ tərəfində oruc, sol tərəfində zəkat və ayaqları tərəfində isə sədəqə, qohumluq əlaqələri, yaxşı işlər və insanlara edilən yaxşılıqlar kimi əməlləri durur. Baş tərəfindən ona əzab yaxınlaşdıqda namaz deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra sağından əzab yaxınlaşdıqda oruc deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra solundan əzab yaxınlaşdıqda zəkat deyir: “Mən tərəfdən yol yoxdur”. Sonra ayaqları tərəfdən əzab yaxınlaşdıqda sədəqə, qohumluq əlaqələrini möhkəmlətmək və insanlara xeyirxahlıq etmək kimi yaxşı əməllər deyir: “Mən tərəfdən yol yoxdur”.
Ona: “Otur”- deyiləcək, o da oturacaq. Ona günəşin batması göstəriləcək və deyiləcək: “Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?
O deyəcək: “Buraxın namazımı qılım”.
Onlar deyəcəklər: “Sən qılacaqsan, (əvvəlcə) səndən soruşduğumuzu xəbər ver! Sizin aranızda olan o kişi haqqında nə deyirsən? Onun barəsində nəyə şahidlik edirsən?”
O deyəcək: “O Muhəmməddir, mən şahidlik edirəm ki, o, Allahın Elçisidir. O, Allahın dərgahından haqq ilə gəlmişdir”.
Ona deyiləcək: “Sən bunun üzərində yaşadın, bunun üzərində də öldün və inşallah bunun üzərində də diriləcəksən“.
Sonra onun üçün Cənnət qapılarından biri açılacaq və ona deyiləcək: “Bu sənin Cənnətdəki yerindir və Allahın sənin üçün orada hazırladıqları (nemətlərdir)”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun üçün Cəhənnəm qapılarından biri açılacaq və ona deyiləcək: “Əgər sən asi olsaydın, bu sənin Cəhənnəmdəki yerin və Allahın sənin üçün orada hazırladıqları olardı”. Bu anda onun fərəhi və sevinci artacaq. Sonra onun qəbri yetmiş dirsək genişlənəcək və nurlanacaq. Onun cəsədi əvvəlki halına qaytarılacaq və ruhu Cənnət ağacından asılan quşun daxilinə qoyulacaq. Bu haqda Uca Allahın ayəsində deyilir:“Allah iman gətirənləri dünya həyatında da, Axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər”(İbrahim, 27).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
557 642 539 496 571 456

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.