n2006

n2006 İslam Dini 17-08-2022, 18:00

Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?

Cənnətdə ən aşağı mərtəbəyə kim sahib olacaq?
Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Musa öz Rəbbindən soruşdu: “Cənnət əhlindən ən aşağı mərtəbəyə sahib olan kimdir?”
Allah buyurdu: “Cənnət əhli Cənnətə daxil olduqdan sonra bir kişi gələcək və ona: “Cənnətə daxil ol!”- deyiləcək.
O da: “Ey Rəbbim, necə daxil olum ki, artıq insanlar gəlib öz yerlərini tutmuş və alacaqlarını da almışlar”- deyə cavab verəcək.
Ona: “Dünya hökmdar­larından birinin mül­kü qədər mülkə sahib olmağa razısan?”- deyiləcək.
O da: “Razıyam, ey Rəbbim!”- deyə cavab verəcək.
Allah ona buyuracaq: “Sənə bu və bir o qədər də, bir o qədər də, bir o qədər də, bir o qədər də veriləcək” - beşincidə o: “Razı qaldım, ey Rəbbim!”- deyəcək.
Allah: “Bu və üstəlik on misli qədər də sənindir. Həmçinin nəfsinin istədiyi və gözünə xoş gələn hər şey sənindir”- deyə buyuracaq.
O: “Razı qaldım, ey Rəbbim!”- deyəcək.
Musa yenə soruşdu: “Ey Rəbbim, bəs onlardan ən yüksək mər­təbəyə sahib olanlar kimdir?”
Allah buyurdu: “Onlar Mənim seçdiyim, Öz Əlimlə kəramət məqamına yüksəltdiyim və kəra­mətlərinin dəyişməyəcəyinə hökm verdiyim kəslərdir. Onlar üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gətirmədiyi nemətlər hazırladım”. Uca Allahın Kitabında bunun təsdiqi: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir” (əs-Səcdə, 17) - ayəsidir”. (Muslim, 189).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 522 471 549 522 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.