n2006

n2006 Sevgi 17-08-2022, 21:30

Hər Sevgi Xoşbəxt Edər?

Hər Sevgi Xoşbəxt Edər?
Hər kəs aşiq olanda inanılmaz bir xoşbəxtlik yaşayacağını düşünür.Ancaq təəssüf ki eşq ilə hər gəmi davam edə bilmir...

Eşq tək başına çox gözəl və çox yoğun bir duyğu ola bilər.Amma həyatın gerçəkləri işin içinə girdikdə əslində elə də çox bir şey ifadə etmir.Buna görə də hər eşq xoşbəxt etmir bəzən...

Budur, LoaDinG.Az xoşbəxt bir sevgidə olması gərəkənləri təqdim edir:

Əgər hər anlamda uğurlu bir eşq istəyirsinizsə,bir çox ortaq nöqtəniz olmalıdır.Mən çox aşiqəm deməklə sağlam bir münasibət qurulmadığını qısa bir müddətdə öyrənəcəksiniz.

Sağlam bir münasibət üçün öncəliklə maddi mövzularda da ortaqlıq içində olmalısınız.Pul olanda da xoşbəxt,olmayanda da xoşbəxt ola bilirsinizsə,o zaman eşqiniz xoşbəxt olmağınız üçün yetərlidir deməkdir

Nəticədə böyük eşqlər çox vaxt evliliklə sonuclanır və hər evliliyin ilərləyən zamanlarında bir uşaq mütləq istənilir.Evin nəşəsi və xoşbəxtliyi üçün uşaq olmazsa olmazdır.Uşaq mövzusunda aşiq olduğunuz sevgiliniz ilə mütləq eyni şeyləri düşünməlisiniz.Əks təqdirdə çox ciddi problemlər yaşaya bilərsiniz.

Fədakarlıqlar mütləq qarşılıqlı olmalıdır.Qarşılıqsız və ya tək tərəfli olan fədakarlıqlar bir müddət sonra ağır gəlməyə başlayar və qarşı tərəf sinirlənib qəlbi qırıla bilər.Bu durum həm eşqinizi həm də münasibətinizi bitirə bilər.

Sosial həyat mövzusunda bənzər və ortaq zövqləriniz olmalıdır.Biriniz bara getmək istəyərkən,digəriniz bir ailə çay həyətində oturmaqdan zövq alarsa,təəssüf ki bu eşqin ömrü də çox olmaya bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 686 612 554 524 529

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.